groon
Reytinq
+11.84
Güc
34.10

groon

Əxlaq və din qardaşlığı

 

İlk öncə qeyd edək ki,bu əxlaq deyilən anlayışın mahiyyətində nələr gizlənir.Onun mahiyyətini qurdalasaq bizi hansı sehirli qüvvələr qarşılayacaq.Əslində heç bir sehirli qüvvə ilə qarşılaşmayacağıq deyənlərə qabaqcadaq demək istərdim ki,dostum,məncə sən yanılırsan.Niyə deyə sual versən mən sənə əxlaqın əslində necə böyük qüvvəyə sahib olduğunu açıqlamaq istərdim.Çünki onun mahiyyətində sadəcə insanların bir-biriləri ilə davranışlarını və bir-birilərinə bəslədikləri münasibətləri deyil,həmdə bəlkə də çoxunuza hələ də bəlli olmayan  məqamların olduğunu  qeyd etmək gərəyini özümdə hiss edirəm.Bunun üçün,gərək  əxlaq dənizinin  genologiyasına baş vurmağı bacarasan.Məsələn,bunun üçün aşağıdakıları qeyd etmək məncə daha doğrusu olardı.


Ardı →

Olan və olmayan dünyalar

                                     

Əziz dostlarım,hər şeydən öncə sizlərə bir nəsnəni aydınlaşdırmaq istərdim ki,mən “olan” və “olmayan” dünya dedikdə sizlərə deyilən,sizlərin qəbul etdiyiniz(bəziləriniz təbii ki,belə nəsnələri qəbul etmirsiz,bəlkə də doğru yoldasız),sizlərə bu ən  “doğru”su deyə verilən və özünün təsdiqini də səmavi dinlərin  müqəddəs yazılar toplusu kimi qəbul edilən kitablardakı dünyaları nəzərdə tutmuram.Yəqinki artıq çoxunuza məlum oldu ki,dinlərin insanlara bəyan etdiyi hansı dünyalardır.Bilməyənlərə də,qısaca xülasə edim ki,bu dünyaların adı dinlərdə(səmavi dinlərdə təbiiki)”O dünya,yəni cənnət dünyası və cəhənnəm dünyası”anlayışlarıdır.Əvvəlcədən xatırladım ki,bu dünyaların hansı anlama gəlməsi,hansı mahiyyətləri əhatə etməsi,haradan qaynaqlanması,necə oldu ki,insana bu kimi dünyalar vacib və ya insan bu dünyaları özünə vacib bildi və.s kimi yaxın sualları cavablandırmaq hələki mənim adını olan və olmayan dünya adlandırdığım yazımla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.Cənnət və cəhənnəm dünyaları ilə maraqlanan insanlara yaxşı bir tövsiyyə:”Dostlar,mollalardan uzaq olun,amma öldüyünüz zaman qəbir daşınınızın üstündə yasin sürəsini oxuyan insanın da molla olduğunu unutmayın.Nə qədər qəribə görünsə də,Azərbaycan cəmiyyəti mollalarsız keçinə bilmir.”


Ardı →

Həndəsi yolla sübuta yetirilmiş və 5 bölümə ayrılmış əxlaq



Spinozanın Etika əsəri qəliz dildə yazılan və anlaşılması çətin olan əsərlər içərisindədi. Bunun səbəbini hərə bir cür göstərir kimsə onun yöntəmində kimsə isə fikirləri arasındakı ziddiyyətdə. Mən Etikanı oxudum asan anlaşıldığını deməzdim amma onun dəhşət çətin bir əsər olduğu fikri ilə də razı deyiləm .Spinozanın tezislərini sübut etmə yöntəmi mənim üçün çox rahat və anlaşılan gəldi, amma təbii ki, Spinozanın dili sadə olmadığına görə bəzi tezisləri anlamaq üçün bir xeyli əziyyət çəkdim. Bundan başqa digər araşdırmaçılardan oxuduğum kimi, mən də Spinozanın bir-birinə zidd gələn fikirlərinə rast gəldim onları burada qey etməyəcəm, çünki o hissələri anlamaq üçün kitabı yenidən oxumağı düşünürəm. Keçək kitaba.
Ardı →

İdeologiya total düşüncə tərzi kimi

İdeologiya varlığa münasibətin bir formasıdır. Hər bir ideologiya dünyaya öz pəncərəsindən baxır. Həyatın hər sahəsində ideologiyanın öz programı olur. İdeologiya həyatı bu program əsasında qiymətləndirir. Ən maraqlısı odur ki, hər bir ideologiya özünün həqiqət olduğunu iddia edir. Siyasətdən tutmuş, etik və estetik dəyərlərədək ideologiyanın öz baxışı olur. Hər bir ideologiya həm də metafizikadır. Onun substansiyası var və dünyanın bu sunbstansiya əsasında konstruksiya edir. (Əslində isə mən bunu dünyanın dekonstruksiyası kimi qiymətləndirirəm). Onun özünəməxsus fəlsəfi mənzərəsini yaradır. İdeologiyalar insanlara xoşbəxtlik bəxş edəcəyini vəd edir. İnsanların, cəmiyyətin gələcəyi ilə bağlı prognozu olmayan, bir utopiyaya sahib olmayan fikir idologiya hesab oluna bilməz. İdeologiyanın yaranmasına iki fərqli mövqedən baxmaq olar. Liberal baxışa görə insanlar yaşadıqları mühitlərlə razılaşmırlar və onu dəyişdirməyə çalışırlar, bunun üçündə ideologiya ətrafında birləşərək öz ideallarına çatmağa çalışırlar. Bu baxış ideologiyanın yaranmasını insanların öz istəklərinin nəticəsi hesab edir. Marksist baxış isə ideologiyanın bir sinfin, digəri üzərində ağalığını və istismarını təmin etmək üçün yaradıldığını iddia edir. Marksın mövqeyinə oxşar bir mövqe Nitsşedə də var. Doğrudur Nitsşe Marks kimi siniflər barədə danışmırdı, amma əxlaqın ağaların hakimiyyətini yıxmaq üçün kölələr tərəfindən yaradıldığını deyəndə təqribən Marksın fikirlərinə oxşar fikirlər yaranır.


Ardı →