kotler
Reytinq
+40.72
Güc
103.15

kotler

Cəzasızlıq özbaşınalıq yaradır | Безнаказанность рождает вседозволенность

Məlumdur ki, ölkənin milli iqtisadiyyatı bu gün ağır günlərini yaşayır. Neftin qiymətinin aşağı düşməsi, milli valyutanın devalvasiyası, dünya bazarlarında əlverişsiz konyuktura  tələb edir ki, uzun müddət yalnız neft və digər xammal gəlirləri ilə dolanan ölkə iqtisadiyyatının sağalması üçün təcili təxirəsalınmaz tədbirlər görülsün.
Bu kontekstdə  ilk növbədə iqtisadiyyatda ciddi struktur islahatlarını keçirmək, büdcə vəsaitlərinin xərclənməsi üzərində nəzarəti ciddiləşdirmək  və bununla yanaşı sözdə deyil, əməldə cəmiyyətimizin bəlası olan və onun inkişafını ləngidən məmur özbaşınalığını, korrupsiyanı, rüşvətxorluğu, inhisarlaşmanı kökündən yox etmək lazımdır. Bu xərçəng şişi kimidir, metastazlar cəmiyyətin əksər sahələrini tutub və onun çürümə əlamətləri aşkardır. Aydındır ki, kardinal islahatlar və məmur özünəbaşlığ əleyhinə total, güzəştsiz mübarizə lazımdır, amma islahatları köhnə düşüncə tərzi ilə keçirmək perspektivsiz məşğuliyyətdir.
Davamı →

Beynəlxalq Inkişaf Assosiasiyası

50-ci illərdə dünya ictimaiyyətinin keçmiş yüzilliyi aydın göstərdi ki, ən kasıb inkişaf etməkdə olan ölkələr inkişaf üçün lazım olan borc maliyyəsini Ümumdünya Bankının, qrup dövlətlərin şərtləri əsasında almaq imkanına malik dey¬illər. Bu zaman bankın üzvləri kasıb ölkələrə uzun müddətə güzəştli əsaslarla vəsait verə bilən agentliklərin yaradılmasını təklif etdilər. Yeni institutu  Beynəlxalq  Inkişaf   Cəmiyyəti – BIC   (International Development Association — IDA) adlan¬dır¬maq qərara alındı. Lakin təsisçilər BIC-nin iş prinsiplərini qəti olaraq Ümumdünya Bankının qaydala¬rında aparılmasını istəyirdilər. Bu mühakimədən çıxış edən ABŞ prezidenti Duayt Ezenhauer qalan iştirakçıların tərəf¬dar olduğu BIC-nin Ümum¬dünya Bankının tərkibinə daxil olmasının vacibliyini təklif etdi.
Davamı →

Avropa Yenidənqurma və Inkişaf Bankının təşkilati quruluşu

AYIB-nın quruluşu tipik olaraq inkişaf banklarının qu­ruluşu kimidir. AYIB-nın ali rəhbər orqanı Rəislər və Direk­torlar Şurasıdır.
Rəislər Şurası AYIB-nın baş qanunverici orqanı ol­maqla Bankın hər bir iştirakçısının nümayəndələrini rəis və ya onun müavini olmaqla özündə birləşdirir (ölkələri və bey­nəlxalq təşkilatları). O, bankın səlahiyyətinə daxil olan prin­sipial məsə­lə­ləri həll etmək səlahiyyətinə malikdir. Bu səla­hiyyətlərə ilk növbədə yeni üzvlərin qəbul edilməsi, onların qəbul şərtlərinin müəyyən edilməsi, kapitalın artırılması, ba­lansın təsdiq edil­məsi, gəlirin bölüşdürülməsi və digər məsə­lələr aiddir.
Davamı →

İnfoqrafika haqqında

Infoqrafika adından da görunduyu kimi informasiyanı qrafik şəkildə təsvir edən məlumat tipidir. Nəzərə alanda ki,beynimiz əldə etdiyiinformasiyanın 90%-ni vizual şəkildə qəbul edir, göruntu əsasında yaranan məlumatların nə qədər əhəmiyyətli olduğunu başa duşərsiniz. Bəli, biz adi mətn (tekst) materiallarına nisbətən vizual təsvirləri 6000 dəfə daha surətlə qavrayırıq.
Daha bir maraqlı fakt: insanlar veb-saytlarda mətnin yalnız 28%-ni oxuyur, çunki beynimiz vizual ipucları axtarır.
Davamı →

Uğurlu biznes qurmağın yolları

Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur:


Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes.

Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir.
Davamı →

Avropa Yenidənqurma və Inkişaf Bankı

Mərkəzi və Şərqi Avropanın sosialist ölkələrinin iqti­sadi və siyasi həyatında ciddi dəyişikliklərlə əlaqədar olaraq Avropa dövlət və hökumət dairələrində yeni regional inkişaf bankla­rının yaradılması ideyası yarandı.
80-ci illərdə sosialist dövlətlərində siyasi sistem dağıl­mağa başlayır, mürəkkəb problemlər baş qaldırır, iqtisa­diyyatın bazar modelinə keçməsi, iqtisadiyyatın planlı-amir­liyi yenidən qurulur, struktur dəyişikliklər baş verir. Keçmiş sosialist ölkə­lərində dərin iqtisadi böhranların baş verməsi, sosial gərgin­lik­lərin sürətlənməsi və mürəkkəbləşməsi bunla­rın həllini çətin­ləşdirir.
Davamı →

Istehlakçıların cəlb edilməsi və əldə saxlanılması

Malgöndərmələr zənciri üzrə əməkdaşlarla münasibətlərin yaxşı­laş­dırıl­masından başqa, bir çox kompaniyalar öz istehlakçıları ilə əla­qələrin möh­kəmləndirilməsinə və onların sadiqliyinin gücləndirilməsinə də oriyentasiya edirlər. Əvvəllər istehsalçıların əksəriyyəti alıcıları hər hansı bir sabit verilən kimi nəzərdən keçirirdilər. Amma müasir alıcı qiymətlərdən yaxşı xəbərdardır, daha tələbkardır, səhvləri bağışlamır, rəqiblər isə daima ona daha yüksək keyfiyyətli analoji əmtəələr təklif edirlər. Buna görə də, bu gün əsas məsələ istehlakçı tələbinin ödənilməsi deyil. Bunu sizin rəqiblərinizin əksəriyyəti çox asanlıqla edəcəkdir. Əsas iş daimi müştərilərin əldə edilməsidir. Ən azından, məşhur ingilis iqtisadçısı Cefri Hitomer belə düşünür.
Davamı →

Biznesin yüksək nəticələrinin təbiəti

Biznesin yüksək nəticələrinin təbiəti
Müştərilər üçün faydalılığın təmin edilməsi və istehlakçıların təmin olun­ması yolundakı bütün bu “sualtı daşları” dəf etmək qabiliyyətinə malik olan kom­paniyalar yüksək nəticəli kompaniyalara aiddirlər. Arthur D. Little məslə­hət­vermə kompaniyasında yüksək nəticəli biznesin dörd əsas amilini: maraqlı qruplar, iş prosesi, ehtiyatlar və təşkilata daxil edilən model xarakteristikalarını işləyib hazırlanmışdır (şəkil 3.2).
yüksək nəticəli biznesin əsas amilləri
Davamı →

Əmtəənin faydalılığı və istehlakçıların təmin olunması

Müasir alıcı, məhsulların, ticarət marka­larının, istehsalçıların, qiymətlərin və malgöndərənlərin «hərbi qayda da» düzülmüş sırası ilə üz-üzə gəlir. Alıcı nəyə əsaslanaraq seçim edir? Bizim fik­ri­mizcə, istehlakçı ona maksimal fay­dalılıq gətirəcək təklif axtarır. O, əm­təə­nin axtarılması üzrə xərclərin, öz bilik­­lərinin məhdudluğunun, gəlirlərin çevik­liyi və səviyyəsinin əlverişli həddi çər­çi­vəsində faydalılığının maksimum­laş­dı­rıl­masına meyl edir. Istehlakçıda əmtəənin (xidmətin) müəyyən faydanın göz­lə­nilməsi meyli formalaşır ki, elə bunun əsa­sında da o, hərəkət edir. Isteh­lak­çının təmin olunması dərəcəsi və təkrar alış etmək ehtimalı məhz isteh­salçının təklifinin istehlakçının tələblərinə uyğun gəlib-gəl­məməsindən asılıdır.
Davamı →

Dünya iqtisadiyyatına aid terminlər

Adambaşına düşən pul gəlirləri – pul gəlirlərinin cəmini mövcud əhalinin sayına bölməklə hesablanır.
Bank – Bank termini masa mənasını verən “bansa” italyan, “banque” qədim fransız sözündən götürülmüşdür.  Fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək. Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin  hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır
Banknot – Dövlətin rəsmi puludur, pul sisteminin əsas maliyyə alətidir, mərkəzi bank tərəfindən tədavülə buraxılır.
Davamı →