luminat
Reytinq
+1169.71
Güc
3001.70

luminat

Canlı orqanizmlərin müxtəlifliyi

Heyvanlar kimi, üzvi maddələrlə qidalanan göbələklər və əksər bakteriyalar üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edə bilmirlər. Digər tərəfdən, bəzi ibtidai heyvanlar da xlorofilin olmasına görə işıqda bitkilər kimi qidalanırlar. Lakin qaranlıqda onlar məhv olmur və heyvanlar kimi hazır üzvi maddələrlə qidalanırlar. 
Davamı →

Xalqların böyük köçü və hunlar

«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir. 
Davamı →

Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar

Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.
İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır. Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast gəlinir. Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.yosun
Davamı →

Səma cisimləri

Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur.
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvəsinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainat və ya kosmos sonsuz sayda qalaktikalardan təşkil olunmuşdur. Hər bir qalaktikada milyardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı əks etdirən digər obyektlərdən ibarətdir. Ulduzlar ölçü və parlaqlığına görə bir-birindən fərqlənir.
Davamı →

Azərbaycan ərazisi XX əsrin 20-90-cı illərində

XX əsrin 20-ci illəri ərəfəsində Azərbaycanda və ümumiyyətlə, Qafqazda siyasi vəziyyət gərgin olaraq qalmaqda idi. Fevral burjua inqilabı, çar Rusiyasının iflası, bolşeviklərin haki-miyyətə yiyələnmələri, Qafqaz respublikalarının öz müqəddəratını müəyyənləşdirməyə cəhd göstərmələri, onların arasındakı mübarizələr, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü və fəaliyyəti və s. hadisələr dövrü səciyyələndirən əsas cəhətlərdir. Dövrün diqqəti cəlb edən digər cəhəti Azərbaycan ərazisinin yenə də 2 hissəyə parçalanmış halda qalması idi. Vahid Azərbaycan ərazisi İranın və Rusiyanın nüfuz dairələrində qalmaqla öz fəaliyyətlərini həmin dövlətlərin idarəçiliyinə uyğun davam etdirirdi. Məlum olduğu kimi, 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və sonralar onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu.
Davamı →

Durğu

Mənalı səslənmənin fasilələr halında təzahür edən növünə durğu deyilir.
Durğu ifadənin tərkibindəki sözlər arasında, cümlənin üzvüləri arasında,mürəkkəb cümləni təşkil edən cümlələr arasında ,nəhayət, cümlənin sonunda müxtəlif məna ilə,məqsəd və pisixoloji hal ilə sıx surətdə bağlı olan çox mürəkkəb bir prosesdir.
Doğrudur,durğu hadisəsinin az bir qismi yazıda,xüsusən durğu işarələri adlandırılan şərti əlamətlərlə ifadə olunur.Məsələn, nöqtə, sual işarəsi,nida işarəsi .
Çox nöqtə ,üç nöqtə, hətta bir nöqtə fasiləsindən bəzən daha davamlı fasiləni bildirdiyi kimi ,eyni zamanda hiss və həyacanla bağlı olaraq nitq axınının məna bitkinliyi olmadan qırıldığını ,parçalandığını da ifadə edir,
Davamı →

Biologiyanın tədqiqat metodları

Canlı varlıqların öyrənilməsi üçün müxtəlif metodlardan (yun. methodos – yol, tədqiqat, dərketmə yolu) istifadə edilir. Bunların ən əsası müşahidə, eksperiment və ölçmədir.
Müşahidə. Hər hansı bir obyektin və ya hadisənin duyğu orqanlarının köməyi ilə öyrənilməsinə əsaslanır. Canlı orqanizmlər üzərində müşahidələr aparmaqla onların təsvir edilməsi bir çox məsələləri aydınlaşdırmağa kömək edir. Məsələn, alma ağacı ilin hansı ayında çiçəkləyir, yarpaqların tökülməsi, yəni xəzan nə vaxt baş verir? Canlıların müşahidəsini həm təbii, həm laboratoriya şəraitində aparmaq mümkündür.
Davamı →

Ahəng qanunu

Ümumiyyətlə, iltisaqi   dillərdə,xüsusən  türk  dillərində və o cümlədən  Azərbaycan dilində  ahəng,  həmahəngləşir. Elə  buna  görə  də son  zamanlara  qədərki  dilçilik  ədəbiyyatında sinharmonizm  istilahı  ilə  bu  hadisə  ancaq “saitlər  ahəngi”(rus  dilində  yazılmış  ədəbiyyatda  qarmoniya  qlasnıx)  kimi  izah  edilmiş  və  beləliklə  də,”ahəng  qanunu”  təkcə  sait  səslərin  həmcinsləşməsi  kimi  birtərəfli  anlaşılmışdır.
Əslində  isə  türk  dillərində  başlanğıcdan,hətta ,söz  köklərində  səslərin  uyuşması  -həmcinsləşməsi  hadisəsi  təkcə  saitlərdə,deyil  s amitlərində  bir  çoxunda ,eləcədə  sait  və  samitlərin münasibətində    müəyyən  şəkildə    təzahür etmişdir  və  bunların  izi  indi  də  türk  dillərində,o  cümlədən  Azərbaycanda  qalmaqdadır.
Davamı →

Yerin öz oxu ətrafında hərəkəti

Yerin sutkalıq hərəkəti nəticəsində gecə və gündüz bir-biri ilə növbələşir. Yerin Günəşə doğru çevrilən yarımkürəsində gündüz, əks tərəfində isə gecə olur. Yer kürəsi Günəş ətrafında meyilli hərəkət etdiyi üçün gecə və gündüzün uzunluğu da coğrafi enlikdən asılı olaraq dəyişir. Ekvator üzərində ilboyu təqribən 12 saat gecə və 12 saat gündüz müşahidə edilir. Qütblərə doğru getdikcə yayda gündüzün, qışda isə gecənin uzunluğu artır.
Davamı →

Yerin Günəş ətrafında fırlanması

Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur.
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir. 21 mart və 23 sentyabrda Yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar olur.
Davamı →