meneviyyat
Reytinq
+3.31
Güc
0.00

meneviyyat

Mənəviyyat

Kimlər zəkat verməlidir?

2 фото
Kimlər zəkat verməlidir?
image
Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq. (Nisab – zəkatın vacib olması üçün dinin qoyduğu bir ölçüdür ki, bu da borclar və zəruri ehtiyacları çıxmaqla, 85 qram qızıla, və ya 595 qram gümüşə, yaxud da bu dəyərdə pul və ticarət malına malik olmaqdır)
Zəkat bir mənada dini vergi olduğundan qeyri-müsəlmanlar mükəlləf deyillər.
Uşağa və ruhi xəstəyə gəldikdə isə Hənəfi məzhəbinə görə:
a. Zəkat oruc və namaz kimi bir ibadətdir. Bunlar ancaq niyyətlə səhih sayılır. Uşağın və ruhi xəstənin niyyəti məqbul deyil.
b. Onların malından zəkat alınsa, get-gedə azalacaq. Halbuki, onların mənafeyini qorumaq lazımdır.
c. “Həddi-büluğa çatanacan uşaqdan, oyananadək yatandan və ağıllanana qədər ruhi xəstədən qələm qaldırılmışdır (mükəlləfiyyət daşımırlar)”[1]hədisi də bu çərçivədə hökm ehtiva edir. Bütün bu dəlillərə istinad edərək uşaq və ruhi xəstələrin malından zəkat al­maq olmaz. Onların yalnız əkindən gələn gəlirlərindən və heyvanlarından zəkat alınır.
Показать все 2 фото →

Uşağa ad qoymaq

Necə ad qoymalı?


Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.
Doğulduğu zaman uşağa verilən şəxsi isim onun adı sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsində də bildirilir ki, “Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir…”.
Davamı →

Yuxu və beynin istirahəti

 Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.
Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqəlidir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da insanın özünü xoşbəxt və rahat hiss eləməsinə səbəb olur.
  Quranı-Kərimə nəzər saldıqda yuxu ilə əlaqəli ayələrin olduğuna şahid oluruq. Məsələn: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.” (Furqan surəsi, 25/ 47)
“Yuxunuzu da istirahət etdik. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.” (Nəbə surəsi, 78/ 9-11)
Davamı →

Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bəli, bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Rəsuli-Əkrəm (s.ə.s) bir hədisində bizə yol göstərir:

Numan ibn Bəşirin (r.a.) atası, yəni Həzrət Bəşir Rəsulullahın (s.ə.s) hüzuruna gəlib belə dedi:

– Ya Rəsulullah, başqa uşaqlarım da var, amma Numanın yeri ayrıdır. İzindirsə, mal-mülkümün filan qədərini Numana verim.

Allah Rəsulu (s.ə.s.):

– Digər övladlarına da o qədər verirsən? – deyə soruşdu.

Bəşir:

– Xeyr, – dedi.


Ardı →