mizantrop
Reytinq
+22.96
Güc
32.85

mizantrop

Azərbaycan tanışlıq saytı: elanlar

Millətin nə dərəcədə bədbəxt olduğunu, hansı bataqlığa düşdüyünü görmək üçün tanışlıq saytlarında verilən düşük elanlara baxmaq kifayətdir:
  • yarasiqli ve pullu oglanla tanis olmaq isteyirem
  • Салам.меним ере гетмекден зехлем гедир.амма мечбурам.она горе де импотент бири иле евленмек иистейирем.анчак бундан герек хечкимин хебери олмасын.Там чиддийем.хаиш едирем гейрилери чаваб йазмасын.
  • men ciddi insanam,ciddi kishi axtariram,yumor hissim var,xarizmatik adamam,tebieti xoshlayiram,sevdiyime gozel maraqli bir dunya bagishlaya bilerem,yalniz sevdiyime.P.S .yalmiz ciddi ve dunya gorushu zengin olan adamlar yazsin.
  • Очень хочу замуж!!!
    O нём: Мечтаю втрерить тебя наконец-то… Не заставляй меня ждать! Больше сил нет!
  • normalnaya,vernaya,simpaticnaya ti doljen bit vnimatelnim,shedrim
  • Salam.Man qadin deyilam,transvestitem.Mani basha dushan,mana maddi va manavi komak gostermayi bacaran biriyla tanish olmaq isterdim.
  • Gözəl xasiyyətli xanımam,
    evim var, evdaram, özümə bir gözəl xasiyyətli insan axtarıram.
    İşi olsun, maddi imkanı normal olsun,
    boşanmış və uşaqlı da olar.
    Düzgün insan olsun.
    ciddi olmayanlar zəng vurmasınlar.
  • Хочел бы познакомиться с молодой стильной и сэксульной девушкой для дальнейших отношений.
  • menya zvovut ilqar iwu dev4onku dlya znakomst dlya blizkix otnoweniy!pozvoni te jdu zvonka kto wetaet sebya samoy samoy o4oravatelney i sladkoy i klassnoy to eto vaw wans pozvoni poqovorim i uvidemsya!ya sladkiy kak mne vse qovoryat i neotrazimiy!a ostalnoe pri vsre4e!davay te pust pozvonit samaya smelaya i samaya milaya ,i konewno je ta kotoraya ya opisal)))jdu
 
Davamı →

Milli kitabcıq müsabiqəsi

Azərbaycan absurdistan olmalıdır əslində.Bu ölkədə hər şey qəribədir. Elə ədəbiyyatı da.
Günlərin bir günü Əli və Nino adlı kitab mağazasının böyüyü Nigar Köçərli başına bir dəstə adam yığıb deyirlər ki,gəlin Milli Kitab müsabiqəsi keçirdək.Qalibə də pul mükafatı verək. Deməli Milli Kitab Mükafatına 265 əsər qəbul edilir. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən 10-nu seçərək münsiflərin ixtiyarına buraxmışdılar. Münsiflər heyətinə isə bu adamları dəvət etmişdilər:
Ardı →

Fəvvarələr bağı haqqında

Fəvvarələr bağı yaxud Fontanlar bağı adı ilə tanınan,Bakının ən gur,ən gediş-gəlişli yeri uzun müddət idi ki,təmirə bağlanmışdı. Hamı gözləyirdi ki bu qədər uzun müddətdir təmir olunursa,prezident özü şəxsən 3 dəfə təmir-bərpa işi ilə maraqlanırsa,yəqin Fəvvarələr meydanında nəsə çox gözəl bir şey olacaq.Amma həmişəki kimi....
Nə?Harada?Nə vaxt oyunçularına intellektual sual. Bu nə şəklidir? Bu fəvvarədəki kürələr nə deməkdir?
Ardı →

Səfeh aparıcılar və jurnalistlər

Azərbaycan dilini ən yaxşı Xəzər TV-nin aparıcıları və redaktorları bilir. Onların verilişlərində səhv tapmaq qeyri-mümkündür. Şopen əvəzinə Şapen deyib öz intellektlərini göstərən AzTv müxbirlərindən fərqli olaraq fərqli olaraq bu kanalın işçiləri qətiyyən səhv etmir.Onlar bilir ki, pensiya kartı və penisiya kartı eyni şeydir:
pensiya kartı yoxsa penisiya kartı


Ardı →

Ayı insan kimi danışır

Ayının danışdığını Ekologiya nazirliyi iddia edir.Bunu bir qəzet yazsa,Aznet saytlarında populyar xəbər kimi yayımlasalar başa düşüləndir. Amma ayının əsl insan kimi danışdığını Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyir. Ayının adından məktub olduğu kimi verilir:

16/06/2010.02 iyun 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçtuna Ramil Məhərrəmov adlı vətəndaşdan şikayət məktubu daxil olmuşdur.


Ardı →

Ruslar Amerikanı işğal edib!

Coğrafiyadan xəbərsiz sadə amerikalılar Gürcüstanda baş verən hadisələr barədə məlumatlara çox əsəbi yanaşmışdılar.

Məlum olmuşdur ki, onları ən çox belə bir məsələ maraqlandırmışdı: ruslar Corciya ştatında nə edirlər, onların burada nə iş-gücü var. Sadə amerikalılar bir-birindən soruşurlar: “Ruslar Atlantada (ştatın paytaxtıdır) nə edirlər?”

Bir nəfər hiddətlənərək cavab tələb edirdi. Digəri haray çəkirdi: “Ruslar, rədd olun ABŞ-dan!” Başqa birisi həmvətənlərinə ürək-dirək verirmiş kimi deyirdi: “Doğrudan da, dəhşətdir. Amma narahat olmayın. Allah özü kömək olsun. Onlar çıxıb gedəcəklər”.
Ardı →

medik-cındo

İki il zülümlə müəllim yanına gedib Tibb Universitetinə qəbul olur, ilk kursda ümumi şeyləri öyrənirlər. Sonra isə əyinlərində xalat, əllərində pinset, boyunlarında fonendoskop, ciblərində pul, beyinlərində isə heç nə başlayırlar tibb elminin dərinliklərini öyrənməyə. Hamıdan çox oxusalar da(77 il 6 ay 8 gün) həkimlərin maaşı az olur. Ona görə bəziləri ilk kursdan dərman firmalarında işləməyə başlayır.
Əczaçılığın uşaqları elə institutun qapısına girməmiş dərman firmalarına özlərini soxuşdurmağa çalışırlar. Stomatoloqlar sürü ilə universitetə girir, qurtarandan sonra naxır ilə dental klinika açır, amma heç biri taraz diş düzəltməyi bacarmır.


Ardı →

Polis

Polis ölkə ərazisində asayişi qorumaqla məşğul olan,əynində forma olan və insanların 80 faizinin nifrət etdiyi dövlət işçisidir.
PPX- kənddən dünən gəlmiş,qaz vurub qazan doldurmaq istəyən,lakin intellekti çox olmayan əsasən 20-30 yaşlı


Ardı →

Ofis planktonu

Ofis planktonu- əsasən menecment, accounting, finance sahəsində parazitlik edən insanlar qrupudur. OP əslində internetə girə bilən,dünyagörüşü nisbtən geniş, yalnız şəhərdə yaşayan cındodur. Adi cındodan fərqli olaraq təhsillidir, təzə jurnallar alır, restorana, art-kluba və s. xarabaxanaya gedir. Əsasən əhalinin orta təbəqəsinə aid olur.
Işlə məşğul olmaq əvəzinə facebook, odnoklassniki, foruma girir
Fiziki iş onlar üçün cəhənnəm əzabıdır. Qonşu otağa gedib printer üçün kağız yaxud noutbuk gətirəndən sonra OP gərək dərman atsın,2 saat dincəlsin,qospitala düşsün. Aşağı mərtəbəyə düşməyib başqasını göndərmək üçün telefonda 10 dəqiqə yalvarmağa da hazırdır.
Özünü evdə elə göstərir ki,guya bütün günü ağır iş görüb (əslində kompüterdə kart oynayıb)
Kənddə 3 gün belə yaşaya bilmir,çünki əli işə öyrəşməyib
Paulo Koelyo,Harri Potter,Den Braun kimi pops-ədəbiyyat oxuyur
Düşük cümlələrdən,guya fəlsəfi mənalı ifadələrdən xoşu gəlir.Bu dünyada ya qazlayan olmalısan ya da qazlanan kimi səfeh fikirlər ağlına gəlir.
Məhəllə,Parni iz Baku,KVN xəstəsidir


Ardı →