mr13
Reytinq
+125.63
Güc
232.69

mr13

Nadir Zamanov

Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
— Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!


Davamı →

Novruz bayramını necə qeyd etməliyik?

Novruz — əslən farca bir sözdür. Ərəbcələşmiş şəkili “Neyruz”dur. Novruzun mənası “yeni gün” deməkdir. Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz Farisi ilin ilk günləri olub, beş gün davam edir. Misirdə yaşayan qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət eləsin – “Təşəbbuhu'-Hasîs bi Əhli'l-Hamîs”; s: 46 adlı əsərində belə demişdir: “Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Ardı →

Təyəmmüm

Lüğəti mənada qəsd etmək (yönəlmək), dində isə (istilahi mənada) təmiz torpağa qəsd edib onunla üz və əlləri məsh etmək deməkdir. Uca Allah buyurur:
«Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün.» (əl-Maidə surəsi, 6-cı ayə)

Nə zaman təyəmmüm etmək olar?
1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda.
Uca Allah buyurur:
Ardı →

Quran haqqında anlayış

  • Quran
Quran Uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: "Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır" (əl-Bəqərə surəsi, 1-2).

Ardı →