naninka
Reytinq
+434.13
Güc
1191.62

naninka

Növbəti nəsil Mercedes-Benz C-Class

Worldcarfans nəşri növbəti nəsil Mercedes-Benz C-Class sedanın casus şəkillərini dərc edib.
Həmin şəkillərdə premyerası 2014-cü ilin yanvarında Detroyt motorşousunda keçiriləcək yeni model reklam çəkilişi zamanı örtüksüz təsvir edilib.

 

          
Davamı →

Dünyanın ən varlı 10 xanım idmançısı

  • Qadın

“Forbes” jurnalı 2013-cü ildə dünyanın ən çox qazanan xanım idmançılarını adlarını açıqlayıb

Onluğa rusiyalı tennisçi Mariya Şarapova başçılıq edir. Fərdi bizneslə də məşğul olan tennisçinin əsas gəliri isə reklamdandır.


 1. Mariya Şarapova. (Rusiya, tennis) 29 milyon dollar


Ardı →

Azərbaycan kinosunun qaraçısı

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
“Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
1966-cı ildə «Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Qaraca qız” bədii filmini, yəqin ki, yaxşı xatırlayırsınız. Yazıçı Süleyman Sani Axundovun əsəri əsasında ekranlaşdılrılan bu filmdə bir neçə əcnəbi aktyor yer alıb.
Onlardan biri də filmdə qaraçı Yusif rolunun ifaçısıdır. Bu aktyorun özü də elə qaraçıdır. Söhbət Oleq Xabalovdan gedir.
Ardı →

Bəxtiyar Vabazadə - SƏHVLƏRİM, SƏHVLƏRİM!

  • SƏHVLƏRİM, SƏHVLƏRİM!

    Şübhələrim, gümanlarım,
    Səhvlərim, nöqsanlarım,
    Fəryadlarım, əzablarım, amanlarım!…
    Mən qaçdıqca əlinizdən,
    Əməlimə
    Yağış kimi yağırsınız
    Neyləyim ki,
    Siz özümdən ağırsınız.
    Salıb məni əzablara
    Mənə gendən baxırsınız
    bir yad kimi.

Ardı →

Aşiq qaranquş.

Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini                                                        toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur: Tık… Tık… Tık… Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:
— Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir:
— Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?
Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:
— Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə

Ardı →

Ölümdən sonra- Post mortem

20-ci əsrin əvvəllərinə kimi Avropanın bir neçə ölkəsində və Rusiyada qəribə adət var idi. Belə ki, sakinlər ölən qohumlarının, əsasən də uşaqların şəklini yadigar çəkirmişlər. Özü də onları canlı kimi lentin yaddaşına köçürürmüşlər. Onların göz qapaqları kəsilir, yaxud da, ustalıqla göz çəkilirdi. Bütün bu tədbirlərdə məqsəd ölünün canlı kimi görünməsini təmin etmək idi. Bu azmış kimi canlılar da ölülərlə birlikdə elə dururdular ki, bu gün də onların hansının ölü, hansının diri olduğunu ayırmaq çətindi.
Belə şəkillər «post mortem» («Ölümdən sonra») adlanırdı.


Davamı →

Bizdə də Parisdəki kimi camaat olandan sonra başqa həyat olacaq.

1912-ci ildə Paris səfərindən qayıdan H.Z.Tağıyev “Bakı” qəzetinin müxbirinə belə bir əhvalat danışmışdır:
— Parisdə faytonda gedirdim, qabaqda mənə sağa burulmaq lazım idi. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə kürəyinə toxunub dedim:
— “Sağa dön.” Nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə qışqırmağa başladı. “Ona nə oldu?” – deyə mən tərcüməçidən soruşdum”.
Ardı →

Arnold Şvartsenegger

Hacan ki,  sizin BMW-niz var — pis getmir, amma əla da maşın deyil, — siz  yarışaraq getməyə və yolda qabağınıza cıxan hamını ötməyə çalışırsiniz. Yalnızca ona görə ki, sübut etmək üçün sizin maşın sürətlidir. Amma nə vaxt ki, siz «Ferrari və ya „Lambordjini“ kimi bahalı və güclü maşına sahibsiniz — onda siz bilirsiniz ki, yolda hər kəsi keçməyi bilərsiniz və daha artıq heç kimlə yarışmırsınız. Siz hətta şossedə sürət məhdudiyyəti olmadan saatda 55 mil sürətlə gedirsiniz. Hər kəs sizi ötə bilər, amma siz bilirsiniz ki, qazın pedalına təkcə bir təzyiq yeter və o sizdən  çox geridə qalacaq. Bilirsiniz ki, sizin imkanlarınız nə dərəcədə realdır və buna görə də bütün bunları sübut etməyə də ehtiyac yoxdur.

Arnold Şvartsenegger


Davamı →

Ellen Jevettin mifik dünyası.

Heykəllər ilə sehrli canlılar. Müxtəlif heyvanların bədən hissələri bir yerdə ki, irreal heyvanlar. Ellen Jewett, self -tədris heykəltəraşdır. O, özünün butün qəribə heyvanlarını  köpük core, polimer gil, soyuq çini istifadə edərək yaradır. Onun incəsənəti orijinal, qeyri-adi və konseptualdır.


Ardı →