postskriptum
Reytinq
+32.05
Güc
62.93

postskriptum

Baba Pünhan- "Kişi"

Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox.



Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox…


Ardı →

Eynşteynin sürücüsü

Eynşteyn getdiyi hər yer sürücüsü ilə gedərmiş.Bir gün konfransa getdikləri zaman sürücü Eynşteynə deyir ki,mən sizin bütün konfranslarınizda oturub sizə qulaq asıram,bu səbəbdəndə danışdıqlarınızın hər birini hərfi-hərfinə  bilirəm.Fürsətdən istifadə Eynşteyn deyir ki, bu getdiyim konfransda məni heç kəs tanımır sən mənim yerimə konfransa çıxıb danış.Sürücü Eynşteynlə razılaşır və hər şey qaydasinda gedir. Konfransın sonunda salondakılardan biri çox cətin bir fizika sualı soruşur.Bu zaman bizim çevik sürücü ona deyir ki,bu elə asan sualdır ki, bunu mənim sürücümdə bilər.O,Eynşteyni sürücü kimi qələmə verir,Eynşteyndə sualı cavablandırır.
Ardı →

Özümü sevəndən sonra anladım

Charles Spencer ChaplinÖzümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.

Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.

Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.

Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.

Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.

Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir.


Ardı →

Aristoteldən qiymətli kəlamlar

Aristotellə iki sual verirlər. Birinci sual:
— Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
• Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
• Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
• Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
• Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz? 
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Ardı →

Yanıtmaclar

  • Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
  • Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.

Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.

  • Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.
  • Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.
  • Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
  • Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
  • Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?
  • Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...
  • Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
  • Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
  • Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
  • Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.
  • Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
  • Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
  • Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.

Ardı →

Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma

Həkimlər tez-tez belə bir ifadə istifadə edir: «diabet xəstəlik deyil, həyat tərzidir».

Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.

Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.

Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.

Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları — yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Ardı →

Uşaqlarda burun qanaxması

Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallarda qanaxma xeyli miqdarda olmaqla, uşağın sağlamlığı üçün təhlükəli də ola bilər.

Burun qanaxmasının səbəbini müəyyən etmək üçün ilk növbədə aşağıdakıları aydınlaşdırmaq lazımdır:
— travmanın olub-olmaması (əksər hallarda uşaqlar burunlarını “qurdalayaraq” onu zədələyirlər);

— buruna yad cicmin düşüb-düşməməsi. Bu halda burundan qanla birlikdə pis qoxulu ifrazat da xaric olur. Bunu dəqiqləşdirmək üçün uşağı mütləq burun-boğaz-qulaq həkiminə göstərmək lazımdır;

— uşağın uzun müddət ərzində günəş altında olması.

Uşağın bədənində tez-tez göyərmiş sahələrin yaranması ilə yanaşı burun qanaxmasının da baş verməsi – onun tez bir zamanda həkim hematoloq tərəfindən müayinə edilməsini tələb edir. Digər halda, burun qanaxması ilə yanaşı başda pulsasiya şəkilli baş ağrılarının olması arterial təzyiqin yüksəlməsinin əlaməti ola bilər.

Burun qanaxmasını saxlamaq üçün, bədənini bir qədər önə əymək şərti ilə uşağı otuzdurmaq lazımdır. Heç bir halda uşağı uzandırmaq və ya başını xeyli arxaya tərəf əymək olmaz. Çünki bu zaman qan udlaq vasitəsilə yemək borusuna və ya daha qorxulu hal hesab edilən nəfəs borusuna axa bilər.
Ardı →

Qan ağlayan ağac

Pterocarpus angolensis – tik ağacı növündən olan bu ağac daha çox Afrikanın cənubunda bitir.

Bu ağacı çox vaxt “qanı axan” ağac adlandırırlar. Ağaca bu ad heç də boş yerə verilməmişdir. Bu ağacı yaralayarkən, hər hansı bir budağını qırarkən və ya kəsmək istəyərkən, ağac qatı tünd qırmızı rəngli (eyni ilə qana bənzər) şirə ifraz edir, sanki, qanı axır.

Bu ağacin iri bir budağı və ya gövdəsi mişarlanarkən bir dəqiqənin içərisində ağac “al qana” boyanır. Sanki bir canlının bədəninin hansısa bir hissəsi kəsilib və canlının damarlarından qan axır. Bu səbəbdən də Pterocarpus angolensis ağacına “qanı axan” adı verilmişdir.

Ağacın ifraz etdiyi tünd qırmızı şirəni Afrikada təbii rəngləyici maddə kimi də istifadə edirlər. Bu təbii rənglərdən istənilən sahədə istifadə edilir. Çünki keyfiyyət baxımından çox yaxşı təbii boya hesab edilir. Hətta bayram günlərində yerli əhali ağacın ifraz etdiyi “rəng”lə bədənlərini də boyayırlar.

Ağacın ifraz etdiyi tünd qırmızı şirədən təkcə boyaq maddəsi kimi deyil, şəfaverici bir maye kimi də istifadə edilir. Deyilənə görə bu şirəni heyvan yağı ilə qarışdırıb bədənə sürtməklə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Belə ki, heyvan yağı ilə qarışdırılmış ağacın şirəsini bədənə sürməklə; qan xəstəliklərini, malyariya, qızılca, qızdırma, gözlə bağlı problemləri, mədəni, oynaq ağrıları və bədənin istənilən yerində olan kəskin ağrıları yox etmək, müalicə etmək mümkündür.
Ardı →