r9perviz
Reytinq
+21.02
Güc
46.07

r9perviz

Pərviz Muradov

Maraqlı atalar sözü.

Bir dəfə kitabların birində heç vaxt eşitmədiyim Azərbaycan atalar sözü ilə rastlaşdım. Çox maraqlı və məntiqli olduğundan onu sual şəklində sizlərə təqdim etmək istəyirəm:

Dəvədən soruşurlar ki, o enişi çox sevir, yoxsa yoxuşu?
Sual: Dəvə nə cavab verir?
Cavabı şərh də etsəniz çox sevinərəm.

Ardı →

Əsrin müqaviləsi

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı digər ölkələrin də maraq obyektinə çevrildi. Burada əsas səbəb bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət kursu mühüm əhəmiyyət daşıyırdı. 1993-cü ildən bəri yürüdülən xarici siyasət region ölkələri, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə hərtərəfli iqtisadi əlaqələrin qurulmasına, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı oldu.


Ardı →

DÇ 2010-un ən gözəl qolları

Futbol üzrə 2010-cu il Dünya Çempionatı başa çatıb və yaddaşımızın arxivlərinə daxil olub. Bu dünya çempionatından yəqin ki yadımızda qalanlar İspaniyanın çempionluğu, vuvuzela səsləri, hakim səhvləri, qapıçıların başının bəlası Jubilani topu və ən əsası isə vurulan gözəl qollar oldu. Futbolun bəzəyinin qol olduğunu nəzərə alaraq, mən də bu postumda Dünya Çempionatında vurulmuş ən gözəl qolları sizə təqdim edəcəm. Əlavə etdiyim videoda qolların sırası göstərilib, amma bu sıra subyektiv xaretker daşıyır və həmin qollar bir-birindən daha gözəldir. Əgər sizin öz favoritiniz varsa, onları da şərhlərə əlavə etsəniz, çox gözəl olar.
Ardı →

Məmməd Araz - Ayağa dur, Azərbaycan!!!

Bu gün Mikayıl Mirzənin ifasında görkəmli şairimiz Məmməd Arazın bir şeirinə qulaq asdım və illər öncə məhz Mikayıl Mirzənin ifasında sevdiyim Məmməd Arazın ən yaxşı şeirlərindən biri olan «Ayağa dur, Azərbaycan» şeiri yadıma düşdü. Uşaq vaxtdan həmin şeiri çox sevirəm və bəzən ürəyim sıxılanda həmin şeiri özümçün oxuyur, əhvalımı qaldırıram. Bunun üçün də həmin şeiri bu gün sizinlə paylaşmaq qərarına gəldim. Ola bilsin çoxunuz bu şeirlə dəfələrlə qarşılaşmış, oxumusunuz, eşitmisiniz. Amma bu gözəl şeiri bir dəfə daha oxumaqdan ziyan gəlməz. Təəssüf ki Mikayıl Mirzənin ifasında həmin şeiri tapa bilmədim, amma biri onun ifasında, biri isə başqa sənətkarımızın ifasında iki gözəl Məmməd Araz dühasının bəhrəsini tapdım. Ümid edirəm ki, Ayağa dur Azərbaycan şeiri öz ifanızda, digər iki şeir isə professionalların ifasında könlünüzü oxşayacaq. 


Ardı →

Azərbaycanda "həqiqi" hərbi xidmət

Bu gün eşitdiyim bir xəbərdən sonra Azərbaycanda həqiqi hərbi xidmət haqqında yazmaq qərarına gəldim. Düzdü, mən hələ ki hərbi xidmətdə olmamışam, ona görə də hərbi xidmətin içindən, orda əsgərə qarşı münasibətdən, verilən yeməklər, təhqirlərdən, haqsızlıqlardan danışmayacam. Bunları mənim kimi yəqin ki bir çoxlarınız hərbi xidmətlərini başa vurmuşlardan eşitmisiniz, bəziləriniz isə bunları hərbi xidmətin özündə yaşamısınız. Mənim bu gün toxunacağım mövzu gənc oğlanlarımızın hərbi xidmət problemindəndir.


Ardı →

Azərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.


Ardı →

Dünyanın Yeni Çempionu: İspaniya

Bir ay davam edən futbol bayramı nəhayət ki bu gün sona çatdı, sevinən isə İspaniya və onun azarkeşləri oldu. İki il davam edən təsnifat mərhələlərinin nəticəsində dünyanın 5 qitəsindən 32 yığma komandanın iştirak etdiyi turnirdə bir-birindən maraqlı və gözəl, bol qollu oyunların şahidi olduq. Bu çempionat da hakim səhvləri olmadan ötüşmədi, bu dəfəki səhvlər əvvəlki çempionatdakılardan daha səs-küylü idi. Ən yadda qalan səhvlərdən biri Uruqvaylı hakim Jorge Larrionda-nın Almaniya-İngiltərə oyununda İngilis futbolçu Lampardın zərbəsində qapı çatına dəyərək qapı xəttini kəçən topu qol olaraq qeydə almaması idi. Digər səhv isə Argentina-Meksika oyununda Tevezin açıq-aşkar offsaytdan vurduğu qolu hesaba alan Robetti Rozettiyə məxsusdu. Rozetti bu səhvi nəticəsində öz hakimlik karyerasını başa vurdu.


Ardı →

Sırada durmaq mədəniyyəti

Sırada durmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlcası isə insanın özünə hörmətdən irəli gəlir. Sırada durmaqda ən məşhur xalq ingilislərdi, ya da adları çıxıb, “English queue”, yəni İngilis sırası. İngilislər hər yerdə sırada dururlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasında fərqli olmayaraq hamı sırada durur, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Son dövrlərdə ən böyük qayda-qanunsuzluğu, basabası bankomatların qabağında görürük. Bir aydır maaşlarını, və ya təqaüdlərini gözləyən insanlar kart hesabınlarına pul oturan kimi bankomatların qabağında sıraya düzülürlər toplaşırlar. Bunu insanların bir ay pula həsrət qalması ilə bağışlamaq olar, amma bu hal təkcə bankomatların qarşısında baş vermir ki...



Ardı →

Ronaldo Luis Nazario da Lima

Məşhur futbol ulduzu Ronaldo… Ronaldo mənim ən xoşuma gələn futbolçudu, futbol dili ilə desək, idolumdu. Neçə vaxtı onun haqqında yazmaq istəyirdim, amma heç cürə vaxt tapa bilmirdim. Hələ də vaxt tapa bilmirəm. Bu gün anspress.com-da Ronaldo haqqında yazılmış məqaləyə rast gəldim, çox xoşuma gəldiyi üçün onu sizinlə paylaşmaq istəyirəm. Bu yazı tamamilə copy-paste əsasında yazıldığından xahiş edirəm ki minus verməyəsiniz, plus verməsəniz də olar.


Ardı →

Dünya yeni çempionunu gözləyir...


Sizcə futbol üzrə yeni dünya çempionu kim olacaq? Bu çempionun “yeni” olacağı artıq dəqiqləşib, çünki finala vəsiqə qazanmış hər iki komanda, Hollandiya və İspaniya hələ ki dünya çempionu olmayıblar. Final iştirakçılarının hər ikisi güclü, komanda ruhuna malik kollektivdilər və çempion olmaqla öz adlarını dünya futbolu tarixinə və öz azarkeşlərinin qəlblərinə yazmaq istəyirlər.


Ardı →