ramzes
Reytinq
+62.20
Güc
155.60

ramzes

polad alemdar

Naynaninay

Çoxdandır ki yazı yazmağa da həvəsim ölüb, amma bəzən yaradıcılığın zirvəsində dayanan şeirlər, musiqilər, dialoqlar görəndə yazmamaq olmur. Bu xalqa baxanda ilhamlanmamaq olmur, adamın bloq yazmağı gəlir. Dünən metroda bir kişi öz uşağına burnunu dişlədirdi,burnunun dişlənməsindən xoşbəxt olan ata öz uşağını “nay nay nay…” deyirdi ki, birdə dişləsin. Mən ətrafdakı canlıların üzündəki yalançı təbəssümü görəndə onların yerinə utanıram. Kişi son dərəcə xoşbəxt idi, axı onun uşağı ayaqqabı cıra-cıra neçə il məktəbə gedəcək, onlar axı uşaqlarına birinci sinif sumkası alacaq və sumqaya şorqoğalı,alma, hətta soyuq havalarda uşağa soyuq olmasın deyə nimdər də qoyacaqlar. Uşaq məktəbi sms yaza-yaza bir gün bitirəcək, qız da tutacaq. Qıza maydan, yaşılbaş sona deyən gəncin həyatı başdan ayağa nay nay nay olaraq qalmalıdır. Sonra uşağın əsgər getməsi və gəlməsi sintizatorun müşaiəti ilə qeyd olunacaq. Bu valideyinin üzündəki bədbəxt təbəssümün pik nöqtəsi uşağının gələcəkdə toy gecəsi cinsi əlaqədə olmasına yönəlib. Axı onların ən böyük arzuları uşaqlarının toyunda ritmi “nay nay nay” olan bir mahnı oynamaqdır.


Ardı →

onsuz da qoyun olacaqsan

Sizlərə eşitdiyim bir qiymətli kəlamı təqdim edirəm. Bir dəfə dərsdəydim. Qızlardan biri özünü çox pis aparırdı (yəni özünü buraxmışdı). Bu mənzərəni görən  müdrik müəllim dözə bilmədi və dedi:
“ Ay quzu tələsmə, onsuz da böyüyüb qoyun olacaqsan”.
Təbii olaraq qız bu sözlərin mənasını düşünə bilmədi, amma ona quzu deyə müraciət edildiyi üçün çox sevindi.

Həmçinin bax: Son zəng düşüklükləri

Davamı →

Çilidəki şaxtaçılar və mən Bakıda

Günlərin bir günü və bir günün min hoqqası olarmış. Nə desən ola bilər. 1 %-i var imiş 99%-i yox imiş.


Bu yaxınlarda bütün dünyaya Çilidə 70 gün yerin altinda qalmış 33 nəfərdən danışır. Bütün dünya mediası bu xəbəri yayımlayır. Əslində elə hadisələr bu yerlərdəkilərin yanında çox kiçik hadisələrdi. Burada bir saat liftdə qalıb bir ilin stresini yaşamaq olar.


Ardı →

Zoofiliya nümunəsi (inək sevgisi)

Atla sevişmək,toyuqla seks,nə bilim ilan seksi eşitmişəm.İnəklə cinsi əlaqə bəlkə də ona görə adi gələ bilər. Amma heç də hər şey ilk baxışdan göründüyü kimi deyil. İndoneziyada bir cavan oğlan düyü tarlasında inəklə cinsi əlaqə vaxtı qonşu kəndli tərəfindən iş başında tutulur. Deyəcəksiniz ki,adi işdir. Belə zoofiliya nümunələrinə çox rast gəlmək olar.Amma hadisə əslində belə olub:


Günlərin bir günü İndoneziyanın bali adasında yaşayan gənc bir oğlan düyü tarlasına gedir, həyata ümidlə baxır. Onun adı Alitdir. Alit İndoneziyada, Bali adasında, Yuh kəndində anadan olub. Alit sevginin nə olduğunu gözəl bilir. Alit “Kef çəkirəm Balidə, dünyanın xoşbəxtiyəm, kədər hara, mən hara” mahnısını çox sevir. O qonşusu Nikadeh arvadın inəyini bir neçə dəfə düyü suvararkən görmüşdü və inəyə həqiqətən vurulmuşdu.


Ardı →

Seks haqqında maraqlı faktlardan

Seks haqqında heyrətamiz faktlarla tez-tez rastlaşırıq. Başlanğıc üçün seks haqqında bunları deyək ki:
  • Siçanın spermatezoidi filinkindən uzundur.

  • Pinqvinlər ildə bir dəfə orqazm yaşyır.

  • Qartallar cinsi əlaqəyə havada uça-uça girirlər.

  • Hər il 11 min seks qəzası baş verir. Artıq bu qəzaların necə baş verdiyini özünüz düşünün. Hər gün dünyada 200 min cinsi əlaqə olur.

  • Hər 4 kişidən 3-ü seks başladıqdan 2 dəqiqə sonra orqazmı yaşayır. Qadınların şikayət səbəbini başa düşmək olar))

  • “Sakit” kişilər cinsi həyatı heç bir sərhəd tanımadan yaşayan seksual aktiv kişilərə nisbətən 13 il çox yaşayır.

  • Qadınların 12 faizinin spermaya qarşı allergiyası var.

Ardı →

qız tutmaq 2

Qız tutmaq öz inkişaf dövrünü yaşayır.  Qız tutmaq  termini dövrdən, fəsildən asılı olaraq öz adını dəyişir. Bu yaxınlarda marşrutda iki ovçunun(hunter) Şıxov çimərliyinə getmək haqqında danışması diqqətimi cəlb etdi. Məhz buna görə də bu postu onlara ithaf edirəm. Gəncləri şərti olaraq cındır və cındırquyruğu adlandırıram.
Ardı →

zibilliklər və çörək qorunur

Zibillikləri və çörəyi qoruyaq:



Bəzən elə hadisələr, elə obyektlər, elə söhbətlər, bir sözlə elə düşüklüklər görürsən ki,bunları yazmasan ürəyin partlayar, tez qocalarsan. Aşağıda sizə təqdim edəcəyim şəkil bir çox düşüklükləri açıq-aşkar göstərir. Aşağıdakı şəkildə milli elementlərlə yanaşı müasir qərb mədəniyyətinin də simvolu əks olunub. Adətən zibilliklərə (gözə görünməyən, gözdəniraq yerlərin çoxu), hasarların ətrafına və s. kimi yerlərə “bura zibil atanın...(dudddd), ay hansısa heyvan və digər dəhşətli ifadələr həkk olunur. Aşağıdakı şəkil müasir məhlələrdən birində çəkilib.


Ardı →

Zirəddin


Zirəddin Rzayev kimdir, nəçidir, nə işlərlə məşğul olur? Bu suallara aşağıda ətraflı cavab verməyə çalışacam. Deyilənə görə o, həm həkim, həm də gələcəkdən xəbər verəndir (əstafürillah). O asanlıqla pul qazanmağın yolunu tapan və ən əsası ona inanan (bəzən onu müqəddəs kimi qəbul edən) çoxlu kəmsavad, ağılsız, düşük ordusuna malikdir.


Ardı →

xoşbəxt azərbaycanlı

Xoşbəxt  olmaq:(istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)



Adam xoşbəxt də olar bədbəxt də, ilk baxışda bu bütün dünyada olduğu kimi özünü göstərsə də, əslində buralardakı xoşbəxtliklər və bədbəxtliklər tamamilə fərqlənir, bu xoşbəxt və bədbəxt hislərin dünyada analoqu yoxdur. Buralarda adamlar özlərini bədbəxt hiss edəndə adətən təsəlli versiyası ortaya çıxır. Əvvəlcə ucundan qulağından bir neçə kəlmə xoşbəxtlik haqqında.


Ardı →