seymur_baycan
Reytinq
+4.52
Güc
10.06

seymur_baycan

Polislər

Avtobusda, metroda polisin qalxıb qadına yer verməsini çox görmüşəm. Doğrusu, ürəkbulandıran mənzərədir. Necə olur, metroda qalxıb yer verdiyi qadını polis mitinqdə, piketdə saçından tutub sürüyür, söyür, təpikləyir. Polis mitinqə çıxan qadınlar haqda heç də yaxşı şeylər düşünmür. Bizim dəyərlərimizin necə çürük olduğu, hər bir «yaxşı» görünən hərəkətin reklama hesablandığı ortaya çıxır. Lap Moyemin «Ay və qara şahı» (Ola bilsin «Teatr» romanında) əsərindəki kimi. Ədabaz bir rəssamı guya adamların fikri maraqlandırmır. O, guya özü üçün rəsm çəkir. Əsərlərinə baxan adamların fikirləri onun üçün əhəmiyyətsizdir. Bir gün rəssamı adaya atırlar. O, adada heç nə çəkmir. Çünki adada rəssamdan başqa heç kim yox idi.
Davamı →

Əsəbi oğlanlar

Metronun qapısı iki saniyə gec açılanda qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı, «Kurtlar vadisi» serialından təsirlənmiş, qıza görə bir partiya özünü ülgüclə doğramış əsəbi oğlanlar qapıya təpik, yumruq vururlar. Narazı baxışlarla adamlara baxırlar. Bir sözlə, adamları öz baxışlarıyla qorxutmaq istəyirlər. Onların baxışlarından bu sözləri asanlıqla oxumaq mümkündür: «Vurub ...-baş edərəm, prostu təzə zibildən çıxmışam».
Murad Köhnəqala bu tiplərin hərəkətlərini, həyat fəlsəfələrini «Ciddi oğlanlar» adlı yazısında çox gözəl təsvir etmişdi. Mən həmin yazını böyük zövqlə oxudum. İmkanı olanlar Muradın «Ciddi oğlanlar» yazısını tapıb oxusunlar.
Davamı →

Bu günü olmayan keçmiş

Yeni ili Dubayda qarşılayan adamları başa düşə bilmirəm. Orda yaşayanlar, işləyənlər nəzərdə tutulmur. Məcburdurlar. Söhbət yeni ili qarşılamaq üçün Dubaya uçanlardan gedir. Üstəlik, bu adamlar Dubaydakı tikililərdən, parıltıdan, zənginlikdən danışanda mat qalıram. Çünki həmin adamların arasında dünyagörüşü, savadı, təfəkkürü ilə başqalarından seçilənlər də olur. Yəni, adi adamların Dubaydakı parıltıya, zənginliyə heyran qalması normaldır. Onlara gəzmək, ucuz mal almaq, ala bilmədiklərinə bir az tamaşa etmək lazımdır. Amma təfəkkürü, savadı, dünyagörüşü yerində olan adamlar Dubaydakı parıltıdan heyranlıqla danışanda çaşıb qalıram. Ola bilsin ki, ərəblər pul xərcləyib gözəl otellər, binalar, alış-veriş mərkəzləri tikiblər. Şübhəsiz ki, belədir. Hətta Dubayın müsəlmanlar yaşayan hər hansı məkana nisbətən səliqəli, sakitlik olması tanınan azadlıqların nəticəsidir, bəhrəsidir. Bu haqda iqtisadçılar, siyasətçilər danışsalar yaxşıdır. Mən, mədəniyyət sahəsinə yaxın adamam. Ona görə də məsələyə sırf mədəniyyət kontekstində yanaşacam.
Davamı →

Usta Zeynal

Mirzə Cəlilin «Usta Zeynal» hekayəsinin məzmunu, süjeti orta məktəbi sovet hökuməti zamanında bitirənlərə yaxşı məlumdur. Yazının təyinatını göstərmək üçün hekayənin süjetini qısa yazmaq fikrindəyəm. Deməli, bir erməninin oğlu Moskvada universiteti bitirib, evlərinə qayıdır. Atası oğlunun gəlişi münasibətilə istəyir evə bir az əl gəzdirsin. Oğlunun yazması, oxuması, işləməsi üçün ayrıca otaq, yazı masası düzəltmək istəyir. Diqqət edin, erməninin övladı Moskvada universitet təhsili alıb evə dönür, ata isə oğlunun oxuması, yazması, işləməsi üçün şərait yaradır. Beləcə, erməni axtarıb-arayıb Usta Zeynalı tapır. Usta Zeynal gəlir erməninin evinə. Bəli, bu Zeynal adlı usta iş görməkdən savayı hər şeyi edir. Namaz qılır, siqaret çəkir, ziyarətə getməyin savablarından danışır. Hətta istifadə edəcəyi su qabını da öz evindən gətirir. Çünki bir müsəlman kimi kafirin istifadə etdiyi qaba toxunmaq istəmir.
Davamı →

Gəncliyə səmimi nifrət

1998-ci ildə mətbuata gəlmişəm. 2000-ci ildən bu günə qədər müxtəlif qəzetlərdə məqalələr yazmaqdayam. 12 illik müşahidəm nəticəsində gəldiyim qənaəti sizlərlə bölüşmək istəyirəm. Azərbaycan xalqı gəncliyə, gənc insana, yeni fikrə düşməndir. Azərbaycan xalqı gəncliyə ürəkdən nifrət edir. Azərbaycan xalqının gəncliyə nifrəti səmimidir.
12 ilə o söz qalmadı ki, mənə deyilməsin. O ad qalmadı ki, üstümə qoyulmasın. Erməni dedilər, yəhudi dedilər. Cığal dedilər. Diqqəti cəlb etmək üçün elə məqalələr yazır, dedilər. Vətən xaini dedilər. Satqın dedilər. Başa düşmədilər ki, adam 12 il cığallıq edə bilməz. Bu, mənim naturamdır. Düşündülər ki, vaxt keçdikcə “ağıllanacam”. Onların anlamında ağıllanmaq, müdrikləşmək tamam başqa məna daşıyır. Sən tost deməlisən. Tamada olmalısan. Deməlisən ki, Azərbaycanda 9 iqlim qurşağı var. Azərbaycan dünyanın ən gözəl yerlərindən biridir. Muğamımız dünya mədəniyyətinin ən qiymətli incilərindəndir. Deməlisən ki, biz dünyanın ən qədim xalqlarından biriyik. Deməlisən ki, Avropada adamlar hamamın nə olduğunu bilməyəndə, bizimkilər saunada tər tökürdülər.
Davamı →

Hitler

Orta statistik azərbaycanlının düşüncəsinə görə, hər bir almanın içində Hitlerə, faşizmə gizli rəğbət, sevgi var. Sadəcə, almanlar Hitlerə, faşizmə öz rəğbətlərini zamana və şəraitə uyğun olaraq içlərində basdırıblar. Belə diletant düşüncənin yaranmasını əsasən iki səbəb şərtləndirir.
1. Savadsızlıq.
Almanların Hitlerə rəğbət bəslədiyini düşünən adamlar İkinci Dünya Müharibəsi, müharibənin nəticələri haqda lazımi dərəcədə məlumatlı deyillər. Onların məlumatları səthidir. Müharibə haqda düşüncələri miflərə, əfsanələrə, ağızdan-ağıza dolaşan söhbətlərə əsaslanır. Onlar müharibə haqda danışarkən özlərini tamada kimi aparırlar.
2. Qeyri-səmimilik.
Kölə təfəkkürlü insan başqasının azad ola biləcəyinə inanmadığı kimi, qeyri-səmimi insan da başqa bir insanın səmimiyyət nümayiş etdirməsinə heç cür inana bilmir. İşçisinin maaşını kəsib məscid tikdirən adam alman xalqının öz keçmişindən nəticə çıxarmasına inana bilmir. Haram yolla pul qazanıb mağazada halal sosiska axtaranlar almanların səmimiyyətinə inana bilməz. Pulu hər şeyə qadir hesab edən adamlar üçün almanların səmimiyyəti siyasi gedişdir. Çünki pulu hər şeyə qadir hesab edənlər puldan ötrü hər şeyə qadirdirlər. Azərbaycanda minlərlə adam var ki, həm YAP üzvüdür, həm də namaz qılıb, oruc tutur. Bütpərəstliklə təkallahlığı sintez etmiş, yetim-yesirin pulunu yeyib, cibə nəşə atmaqla pul qazanıb Həccə gedənlər almanların səmimiyyətinə necə inansınlar?
Davamı →

İranın çöküşü

Təxminən 10 il əvvəl bir aclıq aksiyasında iştirak edirdim. Orda bir cənublu da vardı. Boşluqdan biz daima mübahisə edirdik. Bir dəfə vəziyyət lap ağırlaşdı. İslam rejiminin sərt üzünü görmüş adama başa salmaq istəyirdim ki, İranda islam yoxdur. Əksinə, İran rejimi islamı gözdən salır. O bədbəxt də əsəbi halda mən cahilə başa salmaq istəyirdi ki, əsl islam elə İrandır, Pakistandır, Fələstindir, Yəməndir, Suriyadır, Misirdir...
Hamısında zülm, kədər, cəhalət, antisanitariya, insan haqlarının boğulması… İndi başa düşürəm ki, o adama necə zülm etmişəm. Nələr çəkirmiş mənim danışdıqlarımdan. Üzr istəyirəm, qardaş. Məni cahilliyimə bağışla. Mən o vaxtlar Elbəyi Həsənlidən də cahil idim. O Elbəyi ki, altı ildə bir dil öyrənə bilməyib. Avropanın ortasında oturub minarə davası eləyir. Aclıq keçirir. Günah Elbəyidə deyil, günah Elbəyini İsveçrəyə buraxandadır. Gedərdi Pakistana, Əfqanıstana, Suriyaya, İrana, Misirə, Yəmənə… Orda aclıq aksiyası keçirəydi, ona demokratiyanın nə olduğunu islam ölkələrində başa salardılar.
Davamı →

Polad necə bərkidi | Ostrovski

Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç «Leyli və Məcnun» söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı.
Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. «Polad necə bərkidi» romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində «Polad necə bərkidi» romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi.
Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm…
Davamı →

SSRİ (sovet höküməti)

Sözün həqiqi mənasında sovet hökuməti mövzusunda mübahisə etmək mənim üçün din mövzusunda mübahisə etmək qədər əzablıdır. Əsəb korlanır, enerji tükənir, münasibətlər pozulur, ən pisi də odur ki, hər kəs öz fikrində qalır. Amma bəzən qəzet səhifələrində, televiziya ekranında sovet hökuməti haqda elə sözlər eşidib, elə sözlər oxuyursan…
Adam daha özünü saxlaya bilmir. Əgər sovet hökuməti həmin adamların doğulduğu kəndlərdə məktəb tikməsəydi, hələ də qoyun otarırdılar. Özü də həyətlərinin qoyunlarını yox, başqasının qoyunlarını.
Səhv etmirəmsə, Mehriban Vəzir «Bakı-Xəbər» qəzetinə verdiyi müsahibəsində maraqlı bir fakt açıqlamışdı. Sən demə, Mehriban xanımın nənəsi ərə gedəndə səkkiz kəndi ər evinə cehiz aparıb. Təsəvvür edin bir anlıq. Səni öz daxmanla bir yerdə bir qızcığaz ər evinə cehiz aparır. Biz yenə də həmin münasibətlər sisteminə qayıtmaqdayıq.
Davamı →

Bütpərəstliklə təkallahlığın sintezi

Bizim camaat dava-dalaş, qızğın mübahisə zamanı tez-tez bir söz işlədirlər: Mən Allahdan başqa heç kimdən qorxmuram. Əslində, tam tərsinədir. Azərbaycan camaatı Allahdan savayı əksər canlılardan qorxur. Rəisdən, sədrdən, direktordan, baş redaktordan, prokurordan, məhkəmədən, polisdən, yol polisindən, müdirdən…
Amma bu haqda yox, başqa mövzudan yazmaq istəyirəm. Azərbaycanda inancın ikiləşməsi, bütpərəstliklə təkallahlığın sintezi hər zaman məni heyrətə gətirib. Həqiqətən, bu işi çox mükəmməl bacaran adamlar var. Kamyu deyirdi ki, Dostoyevskiylə Tolstoyu eyni dərəcədə sevən adam saxtakardır, qorxuludur. Ya Dostoyevskini, ya da Tolstoyu sevməlisən. Hərə ikisini sevən adam hamının xoşuna gəlmək istəyən, hamıyla dostluq etmək istəyən adama bənzəyəcək.
Davamı →