yravil
Reytinq
+410.16
Güc
783.95

yravil

Ravil

Nə dost ola bildik, nə də segili...

Azacıq bir ümid vermədin mənə,
Dedim, qoy xoş günlər yaşadım sənə,
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili.

Əlindən tutmaq da mənə bəs idi,
Sevmədin, bilmədin sevgi qədrini,
Sevmək sənin üçün bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili.

Məhəbbət nədirmi, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax görürsənmi?
Nə dost ola bildik, nə də sevgili.
Ardı →

Sevgi testi-Siz də edin.

  • Sevgi
Əvvəlcə kağız, qələm hazırlayın və 1-dən 10-a kimi rəqəmləri alt-alta sıralayın.

1. 1 rəqəminin qarşısına ürəyinizdən keçən bir rəqəm yazın
2. 2 və 6-nnı yanında əks cinsdən olan iki adamın adını yazın
3. 3,4,5 rəqəmlərinin qarşısına sizə yaxın olan adamların (dost, ailə üzvü və s.) adlarını yazın
4. 7,8,9 və 10-nun yanında isə sevdiyiniz 3 mahnının adlarını qeyd edin.
Davamı →

Elektron maliyyə mənbələri

Statistik məlumatlara görə dünyanın ən inkişaf etmiş ölkələrində ən böyük gəlirlər informasiya texnologiyalarından (İT) əldə edilir. Daha böyük gəlirlər isə, internet üzərindən həyata keçirilən reklamlar vasitəsi ilə əldə edilir. Buna əyani misal olaraq, dünyada informasiya-kommunikasiya texnologiayaları sektorunda ən çox gəliri olan şirkət kimi tanınan Google korporasiyasını göstərmək olar. Bu şirkətin yaranma tarixinə qısa nəzər salsaq görərik ki, Google fəaliyyətə başlayanda genişmiqyaslı layihələr həyata keçirmək üçün investisiya yatırmaq iqtidarında olmayıb. Sadə dildə desək, dünyanın nəhəng İT şirkəti hər şeyi sıfırdan başlayıb. Amma çox keçmir şirkət internet üzərindən reklam yaymaqla məşğul olur ki, bu da uğurlu fəaliyyətin başlanğıcı olur.


Ardı →

"Adamı igid kimi ölməyə də qoymurlar" | Azad Qaradərəli

Məni yandıran odu ki, Eltac heç zaman uşaqlığından çıxa bilmədi.
Yəni, mənim gözümdə həmişəlik uşaq kimi qaldı.
Düzdü, kişiləşmişdi, boy-buxunda lap mənə çatmışdı, bığı da əməlli-başlı onu kişiyə oxşadırdı.
Amma bu kişi görkəminin içində, bir uşaq qiyafəsi, uşaq şəkli ürkək-ürkək boylanırdı.
Elə bil yeniyetmə oğlana atasının paltarını geyindirmisən, qalıb pencəyin uzun ətəyini, qollarını dartışdıra-dartışdıra.
Hələ üzünə bir qorxu, bir vahimə çökmüşdü ki, baxanda ödüm ağzıma gəlirdi. Kaş görəydiniz öləndə necə yalvarırdı mənə.
“Əmi, deyəsən axı mən ölürəm. Hə, əmi? Niyə dinmirsən? Boğazım get-gedə quruyur elə bil. Sözlər ağzımdan almaz kimi çıxır e...
Bu nədi belə? Dilimi doğrayır elə bil… Əmi, sən ağlayırsan?
Ardı →

Elm dünyasının hələ də tapa bilmədiyi 10 sirr

1 — Bədən   Zehin əlaqəsi
Bir əfsanəyə çevrilən  Plasebo  zehinlə bədən arasındakı əsrarəngiz əlaqənin ən sadə sübutudur. Bu əlaqə özünü belə göstərir. Belə ki saxta yəni əslində dərman olmayan bir məhlul atdığından xəbərsiz olanlar, dərdlərinə dərman olacaq bir preparatı atdığını fikirləşərək özlərini daha yaxşı hiss edirlər. Üstəlik əlaqə bununla bitmir,tibbi araştırmalarda da düzəliş göstərilir Plasebo-ya baxanda insan istər istəməz zehin nəyə inanarsa bədənində onu yaşadıığına hökm gətirir. Bəzi alimlər zehinin köməyi ilə bədənin özü özünü sağaldabilmə qabiliyyəti müasir tibbin yaradabiləcəyi bir möcüzədən qat-qat üstün olduğuna inanırlar.

2 — Ruhlar
Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur hələki onları gördüyünü, onlarla söhbət etdiyini, onların şəkillərini çəkdiyini söyləyən çoxlu insanlar var. Ancaq elm hələki bu varlığı sübuta yetirməyib.

3 — DEJA VU
Fransız bir kəlimə olan deja-vu Azərbaycan dilinə çevirəndə  daha öncə görülmüş  mənasını verir. Açıqlamaq istədiyi məna isə budur: Xüsusi bir xatirə olaraq düşünülür, və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hərkəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təəccüblü, anlaşılmaz sehirli və tük ürpədicidir. Alimlər deja-vu ilə əlaqədar
bəzi açıqlamalar verməyə çalışsalar da bu sehirli hissin səbəbini hələ də sirr olaraq qalır…
Ardı →

Məhəbbət həmişə var | Şiringül Musayeva

Əslində, mən — Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam.
Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə cəmiyyət də bu eşqə, məhəbbətə, hətta, onu vəsf edənlərə bir qədər ironiya ilə yanaşıbdır. Və mən də həmişə bu fikirdə olmuşam ki, əsl kişi, ümumiyyətlə, sevgi, məhəbbət əsiri olmaz. Qadınlar — əks cinsin nümayəndələri nədirlər ki, onlara belə böyük bir hiss də bəsləyəsən. Qadınlar hər vaxt mənə öz rolunu yaxşı oynayan aktrisaları xatırladıblar. Hər zaman mənə elə gəlib ki, onlar süni və saxtakardırlar. Onların heç bir hissi-sevinci də, kədəri də, istəyi də, narahatlığı da, hətta, etirazı da təbii deyil. Onlar həmişə kişilərə əngəl və maneə törədib, onlara başağrısı olublar. Onlardan heç bir halda adama xeyir gəlməz.


Ardı →

Dostlar | Dino Buttsati

Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də, çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdalar. Birdən-birə arvad dedi: “İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir”.
“Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!” — deyə əri acıqlı tərzdə cavab verdi.
İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, vəfat etmişdi.
“Bilirəm… bilirəm ki, dəhşətdir” — deyə arvad söylədi, —”ancaq, bu nə fikirdisə, mən ondan heç cür azad ola bilmirəm”
Ardı →

Qırmızı böyürtkən | Vahid Məmmədli

Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…
Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.
Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.
Ardı →