"Liman" salatı

Tərkibi:
2 banan
 1 qırmızı alma
 80 qram kərəvizin kökü 1 ədəd pomidor
 2 x.q. mayonez kahı yarpaqları

 Hazırlanma qaydası:
 
Bananları təmizləyib dairəvi şəkildə, almanı isə xırda kub formasında  doğrayın. Kərəvizin kökünü təmizləyib nazik dilimlərlə doğrayın. Kahı yarpaqlarını yuyub iri-iri doğrayın. Boşqabda doğranılmış banan, alma, kərəviz kökü və kahı yarpaqlarını yaxşıca qarışdırın.
 Pomidorun qabığını soyub xırda-xırda doğrayın. Pomidorun qabığını asan soymaq üçün əvvəlcə yuxarı hissəsini bıçaqla kəsin, daha sonra qaynar suda pörtlədin. Doğranılmış pomidoru mayonezlə qarışdırıb, salatın üzərinə tökün. Bananı təmizləyib içinə kahı yarpağı qoyun. Üzərinə hazırladığınız salatı əlavə edin.
 Nuş olsun!
Davamı →