"Çərpələng Uçuran" romanından düşündürücü sitatlar | Mənalı kitab sözləri

  Çərpələng uçuran (ing. The Kite Runner) —Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı.

Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran”  dövrümüzdə yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir.

Əfqanıstanda çoxlu uşaq var, amma uşaqlıq yoxdur.
Çərpələng Uçuran, Xalid Hüseyni

 


 

  • Qaydalar çox sadə idi..Heç bir qayda yoxdur..
  • Uşaqlar kövrək olurlar Əmir can. Kabildə sınmış uşaqlar çox olur.
  • Bura balaca bir sığınacaqdır, demək olar ki, nə yemək var, nəpaltar, nə də təmiz su. Burda bol olan ancaq uşaqlığını itirmiş uşaqlardır.
  • Uşaqlar rəngləmə albomları deyil.Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.

Davamı →

Çərpələng uçuran | Xalid Hüseyni

Xalid HuseyniKiatabları sevirəm, amma hər kitabı da yox.  Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdı.(bildiyim qədəri ilə digər romanı da”Min möhtəşəm günəş”di) Düzünü etiraf etsəm, əsərin türkcə adı daha çox xoşuma gəldi-“Uçurtma avcısı”.


Ardı →