İmperator olmaq istəmirəm!

  • Kino
Gərək məni bağışlayasanız, amma mən imperator olmaq istəmirəm. Çünki, bu mənim işim deyil. Mən nə yeni torpaqlar işğal etmək istəyirəm, nə də insanları idarə etmək. Hətta əgər mümkün olsaydı mən hər kəsə: yahudilərə, xristianlara, qaralara və ağlara yardım edərdim. Biz insanlar hamımız bir-birimizə yardım etmək istəyirik.Çünki, insan oğlu belə yaradılıb. Biz digərlərnin xoşbəxtliklərindən ilham alıb yaşamaq istəyirik bədbəxtliklərin deyil.

Çünki, biz bir-birimizə nə nifrət etmək, nə də xor baxmaq istəyirik. Yer üzərində hər kəsə çatacaq qədər yer, hər kəsi doyuracaq qədər nemət vardır. Yaşam yolu gözəl və azaddır, lakin biz öz yolumuzu itirmişik: Nəfs insan ruhunu zəhərləmiş, dünyanı nifrət hissi ilə doldurmuş, bizi qazlar kimi yürüş edib safalət və qan tökülməsinə şərait yaratmağa vadar etmişdir.
Davamı →

Özümü sevəndən sonra anladım

Charles Spencer ChaplinÖzümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.

Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.

Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.

Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.

Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.

Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir.


Ardı →

Çarlz Çaplin

“Gülüşlərim – kədərimi örtməyə çalışan,  gecə-gündüz işləyən fəhlələrdir”. Ç.Çaplin
Yumru şlyapa, böyük ölçülü ayaqqabılar və şalvar, dar pencək, köhnə jilet, əzik köynək və qalstuklu, əlində əsası olan balaca adam arxasını tamaşaçıya çevirərək ördək yerişi ilə yeni macəralara doğru gedir. Tamaşaçı da bir az kədərlənərək, bir az da gülümsəyərək onun arxasınca baxır, yeni sərgüzəştlərlə geri dönməyini gözləyir. “Çarli” obrazı  28 fevral 1914-cü ildə Çarlz Spenser Çaplin tərəfindən yaradılıb. Çarliyə qədər də bir çox komik obrazlar mövcud idi. Adi camaatın sevimlisinə çevrilən isə  “balaca Çarli” oldu. Çünki digər komik obrazlardan fərqli olaraq, Çarli aşağı zümrədən çıxan biri idi. Onun yumorunda satira və yumor, ironiya və mərhəmət, qayğıkeşlik və qəddarlıq öz əksini tapırdı. Əslində, bu obraz Çarlzın elə özü idi.
Davamı →

Çarli Çaplinin qızı Ceraldinə məktubu

ağ-qara filmlərin dahisi Çarli“Əziz qızım, indi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gəlincə az qaldım hamısını oyadam.

Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə, ürəyimə ən yaxın yerdə dayanıb. Amma sən hardasan? Uzaqda, nağıllar şəhəri Parisdə, gözəl bir səhnədə rəqs edirsən. Bu sakit gecənin səssizliyində sənin ayaq səslərini açıq-aydın eşidirəm. Gözlərin gözlərimin qarşısına gəlir; gözlərin qış gecəsində bərq vuran ulduzlar kimidir. Bu gözəl tamaşada Şahın əsir götürdüyü gözəllər gözəli o fars qızını oynadığını bilirəm. Gözəllər gözəli ol, rəqs elə, ulduz ol və parıltın aləmə yayılsın. Amma tamaşaçıları məftun etməkdən sərxoş olanda, sənə verilən çiçəklərin qoxusu başını gicəlləndirəndə bir küncə çəkilib məktubumu oxu, atanın sözlərinə qulaq ver.

Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm, Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən “Yatmış gözəl”i, bəzən “Pis qəlbli əjdaha”ı nağıl etmişəm...Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə onu ələ salır və deyirdim: “Rədd ol! Mənim yuxum — qızımın xəyallarıdır!”. Mən sənin xəyallarını görürdüm, Ceraldin! Sənin gələcəyini görürdüm, bax bu gününü! Səhnədə rəqs edən qızı görürdüm, qanadlarını açıb havada uçan pərini… İnsanların sözlərini eşidirdim: “Bu qızı görürsən? Qoca bir klounun qızıdır. Atasının adı Çarli idi, yadına gəlmir?”. Rəqs və alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma arada ayaqların yerə dəysin. Xalqın necə yaşadığını bilməlisən, küçə rəqqaslarının həyatı ilə tanış olmalısan. Aclıqdan rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə rəqs edənlərlə…


Ardı →

Çarli Çaplin - səssiz kinonun dahisi

  • Kino
Kinematoqrafiyada Çaplin dövrü təxminən 50 il davam edib. Karyerasına ən aşağıdan başlayan Çarli artıq 25 yaşında dünya şöhrəti qazanıb. Onun «Qızıl titrətməsi», «Böyük şəhərin işıqları», «Yeni vaxtlar», «Böyük diktator», «Müsyö Verdu», «Rampanın işıqları», «Kral Nyu-Yorkda», «Honq-konqlu qrafinya» kimi humanist, antifaşist filmləri bütün dünyanı fəth edib. Amma o özü həqiqi məhəbbətini ancaq 54 yaşında tapıb. Buna qədər isə ara-sıra «əxlaqsız» həyat tərzində ittiham edilən Çaplin bir neçə dəfə evlənib və boşanıb.
Ardı →

Çarli Çaplin - komediyanın sehrbazı

«Həmin gecə mən Nyu-Yorkun küçələrində avaralanırdım – Çarli Çaplin öz memuarında yazır, — mağazaların vitrinlərini gözdən keçirir, məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi mən — yaxşı geyinmiş cavan oğlan hara gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma mən heç kimi tanımıram. Nədənsə özümə çox yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən «Esseney» firmasıyla kontrakt bağlayıb qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, filmləri Nyu-Yorkda görünməz dərəcədə məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə bağladığı üçüncü — 670 min dollarlıq kontraktdan sonra kasıblıq və təhqirlərdən canını birdəfəlik qurtarmış olacaqdı.
Davamı →