Çeburaşka
İri qulaqlı, iri gözlü, qəhvəyi xəzli naməlum tropik heyvan. Portağalı çox sevir, bu sevgisi də onu böyük şəhərə gətirir. Çünki portağal yeyərkən yeşikdə yuxuya gedir. Böyük şəhərdə isə o gözəl dostlar qazanır və sakinlərə kömək edir.
Yəqin çoxlarınız bu hekayəni xatırladınız. Söhbət SSRİ zamanı ən məşhur animasiya filmlərindən birinin qəhrəmanı Çeburaşkadan gedir.
Müsahibimiz Arifə SSRİ dağılanda 4 yaşında idi, amma o da bu kuklalı animasiya filmini çox sevir. Deyir ki, əvvəllər mahnılarını əzbər bilirdim, indi unutmuşam.
“Uşaq vaxtı istəmişəm ki, Gena ilə Çeburaşka kimi dostlarım olsun. İndi baxsam, bəlkə də ağlayaram, sən soruşdun, uşaqlığımı xatırladım”.
Ardı →