Çingiz Abdullayev - bizim əbədi Dronqo
Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur «cinayət və cəza» romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.
Ardı →