İslamın ilk terroristlərinin Ömər Xəyyamla dostluğu
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
«Demə güclüyəm, özündən daha güclüyə rast gələrsən. Demə hiyləgərəm, özündən daha hiyləgərə rast gələrsən”- Qırğız məsəli
Mərkəzi və Ön Asiya xalqlarının elitasının, hakim təbəqələrinin özəyini min illər boyu türklər, türkdilli xalqların nümayəndələri təşkil etmişlər. Bunun səbəbi nədir? Say çoxluğumu? Əsla. Təkcə Çin və hind xalqlarının sayı yerdə qalan bütün xalqların birlikdə sayından qat-qat artıqdır.
Bəs nəyə görə Çində, Hindistanda, Əfqanıstan və İranda, ərəb ölkələrində əsrlər boyu türklər hökmranlıq etmişlər? Mahir siyasətçi olduqlarına görəmi? Yox. Bu hökmranlıq analarımızın vaxtaşırı doğduqları fövqəlbəşər oğulların, ərlərin, hərbi dühaların, qüdrətli sərkərdələrin qılıncı, hünəri və zəkası sayəsində mümkün olmuşdur.
Axı Mode (Mete) təkcə böyük və qüdrətli səltənət və imperiya yaratmaqla cahanşümul rol oynamayıb. Onun genləri iki, üç yüz il böyük tacları başında saxlaya biləcək ərlərin meydana gəlməsini və qüdrətli estafet kimi oğul və nəvələrinə verilməsini təmin etmişdir. Bir sözlə, türkün keçmiş tarixi və genetik sərvəti ox vıyıltısı və qılınc cingiltiləridir.
XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu.
1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu.1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.