Çovdarlıqda uçurumdan qoruyan | Selincer

Bu gün haqqında yazacağım roman, böyük ümid və gözləntilərlə oxumağa başladığım Cerom Devid Selincerin yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" əsəridi. Əsərdən çox maraqlı olmasını gözləməmin əsas səbəbi onun haqqında oxuduğum fikirlər və bir neçə fakt olmuşdu. İndi o faktları qeyd edim, sonra görün mənə haqq verəcəksiniz, ya yox.

 Amerikalı yazıçı Cerom Devid Selincer bu romanı 1951-ci ildə qələmə almış və roman üzərində 9 il işləmişdir. Roman yazıçıya dünya şöhrəti qazandıraraq qısa müddətdə 60 mln. nüsxə ilə satılmışdır.
Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Əsərin təsirindən intihar edən gənclər belə olub.
Roman vulqar ifadələrinə və bir çox səbələrə görə bir müddət qadağan edilmişdir.
Ən maraqlısı isə odur ki, ABŞ prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. 
Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır. 

Yuxarıdakı fikirlərdən sonra bu romanı qısa müddətdə əldə edib oxumağa başladım. Əsər dilimizə Tehran Vəliyev tərəfindən tərcümə edilmişdir və əminliklə onu deyə bilərəm ki, «Qanun» nəşriyyatının bu günə qədərki ən yaxşı tərcüməsidi, mənə görə. Ən əsası ona görə ki, romanın tərcüməsi zamanı bədiiliyə diqqət edilib və hərfi tərcümələr yox dərəcəsindədi. Təkcə kitabın üz qabığını bəyənmədim, ona görə də topikdəki şəkili özüm milliləşdirmişəm.
Ardı →