Cəfər Cabbarlı Cəlil Məmmədquluzadəni tənqid edir

Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalıb gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşıhğa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz.

Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alman bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.
Davamı →

Ölülər incimirlər

Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.

Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu.


Ardı →

Ölünün adına xörəyə duz tökmək?!

Yəqin hər Azərbaycanlı bu səhnənin şahidi olur.Anamız,nənəmiz yemək bişirən zaman (adətən,bu,cümə axşamıları baş verir) ölülərimizin adına xörəyə duz tökürlər. Ancaq duz tökənlərin özləri də bəlkə bunu nəyə etdiklərini bilmirlər. Öncə onu deyək ki,ölünün adına duz tökmək kimi bir göstəriş İslam dinində yoxdur. Sadəcə, bu bizlərdə bir ənənəyə çevrilib. Ancaq bunu din adı ilə bağlamaq günahdır və bu, İslamda «bidət» adlanır.
Onu da qeyd edək ki,ölünün adına xörəyə duz tökmək ənənəsi hər yerdə yayılmayıb.
Davamı →

Dirilərdən çox qazanan ölülər

Neçə illərdir ölü  kimi görünürlər və həqiqətən də ölüdürlər. Və ya bizə elə gəlir. Bəzi insanlarin hətta ölümlərindən sonar, biz həyatda olanların xəyal belə edə bilməyəcəyi pullar qazanması maraqlı və təəccüblü deyilmi?   Əlbəttə ki, əbədiyyətə qovuşmuş super starlardan bəhs edirik. Bəlkə də, ölümündən sadəcə bir neçə il keçdiyi ilə əlaqədar olaraq, "ən çoz qazanan ölülər" siyahımızın ilk pilləsində Kurt Cobain(Kurt Kobeyn) yer alır. İkinci pillədə, ölümündən uzun illər keçməsinə baxmayaraq, milyonlar qazanmağı davam etdirən Elvis Presleydir. Kurt Cobainin oktyabr 2005-2006-cı illər arasında əldə etdiyi gəlir əlli milyon dollar olub. Yəni, əfsanəvi Elvisdən səkkiz milyon daha artıq. Elvisin illik qazancı 42 milyon dollardır və ölü üçün heç də aşağı gəlir deyil. Bu pullar hələ də satışda olan albomları və malların gəlirləri sayəsində əldə olunur.


Rejissor Charles Shulz da şanslı ölülərdəndir. «Peanuts»un banisi, yaratdığı Charlie Brown, Snoopy və Schroder seriyaları ilə ölümündən sonra da ildə 35 milyon qazanmağa davam edir. Ondan dərhal sonra, ildə 24 milyon dollarla Beatles solisti John Lennon (Con Lennon) gəlir. Nisbilik nəzəriyyəsini isbat edən Albert Eynşteyn isə 20 milyonluq gəliri ilə beşinci pillədə yer alır.   Bəli, ölümündən sonra belə, bu qədər milyonlara sahib olan bu şəxslər bəşər tarixində öz varidatları ilə birlikdə gözəl əsərlər də qoyub gediblər.


Mənbə Marketinq jurnalı


Davamı →