Bir mahnının tarixçəsi: "Ölkəm"

  • Musiqi
1919-cu ildə, Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən, 20 yaşlı Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazdı. O dövrdə bu mövzuya toxunmaq çox aktual idi. Amma bu poetik əsərin mahnıya çevrilməsi 10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı “Ölkəm”ə musiqi bəstələdi. Beləliklə, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana çıxdı. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərdən biri hesab olunur.
 
"Ölkəm" şeiri «Azərbaycan» qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, daha doğrusu, şeirin ikinci məşhurluq dövründə onu iki bəndi heç yerdə ifadə olunmadı. Buna səbəb həmin bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Ardı →

Cəfər Cabbarlı

Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin «Dağlı məhəlləsi» adlanan yuxarı hissəsində yaşamışdır.


Ardı →