Kakao maskaları

Kakao və qəhvə
1.5 çay qaşığı kakao, 1 çay qaşığı qəhvə, yarım çay fincanı su. Qəhvə və kakaonu qarışdırın, yavaş-yavaş ilıq su əlavə edərək xəmir kimi olana qədər qarışdırmağa davam edin.

Göz ətrafı xaric bütün üzə çəkin, təxminən 15-20 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulayın. 15 gündə bir dəfə edə bilərsiniz. Toya və ya hər hansı mərasimə gedərkən etməyinizi tövsiyə edirik, dəriniz hamar və yumşaq olacaq. Onu da qeyd edək ki, maskanın gözəl ətri var.
Davamı →

Təbii losyon

Dərini ağartmaq və təmizləmək üçün bir çox təbii vasitələr mövcuddur. 2 xiyar və 1 qabıqlı limon yaxşı yuyun və qabıqlı şəkildə blenderdən keçirin. Üzərinə 200 ml tibbi spirt tökün, 7 gün qaranlıq sərin yerdə saxlayın, arada qarışdırın. 7 gündən sonra losyonu yaxşı süzün.

Losyon hazırdır. Yağlı və problemli dəri üçün istifadə edin. Hazır losyonu soyuducuda saxlayın.
Davamı →

Bunları dərinə etməməlisən!

Dərin sənin ömrünün sonunacan gərəkli hissəciyindir. Buna görə ona hörmətlə yanaşıb, şükürlü davranıb, qayğısına qalmalısan.

Dəriyə qulluq bir dərya elmidir. Hazırda istehsal olunmuş qulluq vasitələrini nəzərə alsaq onu qoruyub, qidalandırmaq üçün milyon üsul mövcuddur. Bütün bu qaydaları çoxlarımız əzbər bilir, lakin hər zaman əməl etmirik. Gecə toydan yorğun gəlib dərin makiyajla yatdığımız günlər səhər vicdan əzabı ilə oyansaq da, hər dəfə bunu bir daha təkrar etməyəcəyimizə söz veririk.
Davamı →

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları

Dərinin quruluşu
İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.

Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.
Davamı →

Dəniz yosunları ilə maskalar

Dəniz yosunları (laminariya) çox giymətli kosmetik məhsul sayılır. Dəniz yosunları maskaları dərini cavanlaşdırır, daha elastik edir, kiçik qırışları yox edir, ağardır, iltihabı azaldır.

Belə maskaları həftədə 1 dəfə etmək kifayətdir. Maskalar dəriyə çox güclü cavanlaşdırıcı təsir göstərir.

1. 2 x.q. dəniz yosunları tozu (apteklərdə satılır) az miqdarda ilıq su ilə qarışdırılır, 1 çalınmış yumurta sarısı, 1 x.q. ayıpəncəsi yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

2. 2 x.q. dəniz yosunları az miqdarda ilıq suda həll olunur (sıyıq kimi alınmalıdır), 1 ç.q. bal, 1 ç.q. ərik yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →