Bisavad vә basavad | Üzeyir Hacıbəyli

Üzeyir HacıbəyliMәnim iki nәfәr dostum var. Bunlardan birisi bisavaddır, amma o birisi basavaddır. Amma bunları dindirib danışdıranda, baxıb görürәm ki, bisavad basavaddır, amma basavad bisavaddır; yәni bisavadın dünyadan xәbәri var, amma basavadın heç zaddan xәbәri yoxdur.

Çünki basavad dostum indiyә qәdәr qәzet nә olduğunu bilmәz. Savadı ola-ola qәzet-filan oxumaz. Amma bisavad dostum hәr gün müsәlman qәzetini kamali-şövqlә alıb, bir savad әhlinә verәr vә başdan ayağa oxudub, hamısına qulaq asar.

Bәs, görünür ki, qәzet oxumaq, yәni dünyadan xәbәri olmaqla bәrabәr, bir dә qәzetlәrdә yazılan faydalı şeylәrdәn mәnfәәt götürmәk vә ehtiyaclarımızın yolunu öyrәnmәk üçün savaddan başqa bir dә ürәkdә bir dübr vә şövq lazımdır.

***
Davamı →

Üzeyir bəy Hacıbəyli | Azərbaycan peşəkar musiqisinin banisi

Azərbaycanın musiqi mədəniyyətinin inkişafı daim zənginləşən, cilalanan və irəliyə doğru yönəlmiş prosesdir. Bu inkişafın istiqaməti bir tərəfdən milli ənənələrin özündəki imkanlar və bu imkanların reallaşması, digər tərəfdən zaman-zaman dəyişən, yeniləşən tarixi-mədəni kontekstin diktə etdiyi proseslərin məcmusu ilə şərtlənmişdir. Onun xarakteri və mündəricəsində XX əsrədək şifahi ənənəli aspekt aparıcı rol oynamışdır. Peşəkar klassik milli musiqi irsinin günümüzədək gəlib çatmış incilərinin yaradıcılarını tarix anonimləşdirmiş, onların ifaçılıq fərdiliyinin hüquqlarını ön plana çəkmişdir.

XX əsrdə bu inkişaf artıq yaradıcı şəxsiyyətin — bəstəkarın iradəsi, təxəyyülü və enerjisi ilə istiqamətləndirilməyə başlayır. Beləliklə, hər iki ənənənin paralel və çarpazlaşan hərəkəti Azərbaycan musiqi mədəniyyətinin XX əsrdəki səciyyəviliyini yaradır. Tarixin bu mərhələsində gedən proseslərin təsir və dəyər miqyasının həm lokal, həm də qlobal müstəvidə güclü əks-səda oyatmasının nə əlavə isbata, nə də müzakirəyə ehtiyacı yoxdur.
Davamı →

Dahi bəstəkar Üzeyir Hacıbəyov

Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli musiqi sahəsindəki xidmətləri ilə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan musiqisinin inkişafı üçün bir tərəfdən gözəl əsərlər — operalar, operettalar yaradırdı, romans, kantata, müxtəlif simfonik əsərlər, mahnılar bəstələyirdi, digər tərəfdən isə ölkəmizdə musiqi təhsilinin təşkili üçün gənc kadrların yetişməsinə çalışır, bu sahədə müxtəlif kollektivlərin formalaşmasına can atırdı. Bu səbəbdən də görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi kimi geniş şöhrət qazanan Üzeyir Hacıbəyli, eyni zamanda görkəmli ədib, böyük jurnalist idi.
Davamı →

Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin atası

Yaradan Üzeyir Hacıbəylidən heç nə əsirgəməmişdi — fitri istedadı, böyük sənət üçün çırpınan ürəyi də ona verdi, insanlığı, mehribanlığı, həssaslığı, səxavətliliyi də.
Onun həyat və fəaliyyətini, çoxşaxəli yaradıcılığını, ərsəyə gətirdiyi sənət «mirvarilərinin» necə əlçatmaz zirvədə olduğunu göz önünə gətirdikdə istər-istəməz təəccüblənir, Üzeyir Hacıbəylinin parlaq şəxsiyyətinə, əzəmətli yaradıcılığına, sadəcə olaraq, heyran qalırsan. Bəlkə elə buna görədir ki, dahilik hər bir kəsə nəsib olmayan, yüz illər, min illər boyunca bir kəsin daşıdığı ad olur.
Üzeyir bəy həm tariximizdir, həm də bu günümüz. Bu şəxsin yaradıcılığının mahiyyəti Azərbaycan sənətinin, Azərbaycan bədii estetik fikrinin həyatiliyini, min illər ərzində qazandığı gözəllikləri, ictimai-fəlsəfi dərinliyi qoruyub saxlamaq və zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirmək idi. Bütün bunlar Üzeyir Hacıbəylinin yüksək amalından irəli gəlirdi.
Davamı →

Üzeyir Hacıbəyli

Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir.Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Davamı →

Üzeyir Hacıbəyov

Üzeyir ƏbdülHüseyn oğlu Hacıbəyov 1885- ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.
Ü. Hacıbəyov 1897- ci ildə Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori müəllimlər seminariyasına daxil olur.
Ardı →

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Davamı →