Piylənmə

Piylənmə müasir cəmiyyətin ən böyük problemlərindən biridir. Bu xəstəlik bir çox ölkələrdə yayılıb və əhalinin demək olar ki, 50%-də rast gəlinir. Piylənmə dedikdə, orqanizmdə dərialtı piy qatının və digər orqanlarda piy qatının, bədən çəkisinin normadan 20% artıq olması nəzərdə tutulur. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif pozğunluqlar və müxtəlif preparatların qəbulu qeyd olunur.
İlkin və ikincili piylənmə qeyd olunur - İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır. İkincili piylənmələrdən isə ən çox rast gəlinən hipotalamik və endokrin növ piylənmələrdir.
Davamı →

Çəki problemi

Çoxları artıq bədən çəkisi ilə mübarizənin əsasını az kalorili qidalardan ibarət pəhrizlə kifayətlənməkdə görürlər. Lakin həyat tərzini normallaşdırmadan və orqanizmin sutkalıq bioritmləri ilə uyğunlaşdırmadan heç bir ciddi pəhriz belə kömək etməz. Yığılmış və itirilmiş kiloqramlar – bunlar kalorilərin qəbulu və sərf edilib-edilməməsinin nəticəsidir. Artıq çəkini atmaq üçün isə az yeyib, çox hərəkət etmək lazımdır.
Lakin ABŞ alimləri hesab edirlər ki, bu da kifayət deyil. Onların fikrincə, vacib məqamlardan biri də məhz sutkanın hansı saatlarında qida qəbuludur. Alimlər gecə qida qəbulunun nəyə gətirib çıxardığını siçanlar üzərində təcrübədən keçirmişlər.


Ardı →

Arıqlamağın sirləri

Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq mövcuddur: əlavə əziyyətlər olmadan həyat tərzinin və qidalanma xarakterinin dəyişilməsi. Lakin dəyişilmək üçün müəyyən vaxt tələb olunur ki, bu dövr ərzində tədricən köhnə vərdişlərdən yaxa qurtarmaq lazımdır. Bu zaman səbirli olmaq və tez bir zamanda inanılmaz dəyişikliklər gözləmək mənasızdır.Arıqlamaq üçün dieta və idman hərəkətləri əsas üsullardır.


Ardı →

Anoreksiya

Anoreksiya nədir? Onun haqqında nə bilirik?
Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya həm də psixi pozğunluğun nəticəsi və ölümlə qurtara bilən xəstəlikdir. Xəstəliyin ilkin fəsadları depressiyanın fonunda orqanizimdə gedən dəyişikliklərə başlanır.
anoreksiya, anorexia model,arıqlamaq


Ardı →

Normal çəki

Siz yəqin bilirsiniz ki, artıq çəki-piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək-damar sisteminə neqativ təsir göstərir. Halbuki çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək. Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi 1-2 mm. c. s. artırır.

Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı dieta təyin edəcəkdir.
Ardı →