Çətin zamanlarda nikbin olmağı necə bacaraq?

Nikbin düşüncəli insanlar çətin mühitdə qərar tutan zaman streslərinə qalib gələrək, daha doğru nəticələr çıxarda bilirlər. Bu insanlar başqalarından daha sağlamdırlar. Başqaları ilə daha yaxşı rabitə qurmağı bacarırlar. Onlar çətinliklərdən qorxmurlar və tez də çıxış yolu tapırlar. Onların özlərinə etimadı tamdır. Ona görə də həyatlarında müvəffəqdirlər. Başqalarından fərqli olaraq, daha şad həyata malikdirlər.
Bəs nikbin olmaq üçün nə etməli?

Davamı →

Çəntinliklərin öhdəsindən necə gəlməli

Olanları qəbul edin
Yaşadığınız çətin anların öhdəsindən gəlmək vaib addımdır. Özünüzü yaxşı hiss etmədikdə, başınıza gələnlərə layiq olmadığınızı düşünmək yerinə qəbul etmək yükünüzü azaldacaq. İnkar etmək, əsəbiləşməyinizə səbəb olacaq. Qəbul etdikdən sonra düzgün addımlar ata bilərsiniz.
Davamı →

Yarımçıq yaşayanlar üçün həyat qısadır

Beyninizdə bir ideya yarandı. Birdən-birə oldu. Heç gözləmirdiniz. Nəsə eləmək istədiniz. Nəsə yazmaq və ya nəsə çəkmək istədiniz. İş toplantısında nəsə demək istədiniz. Ani baş verən qığılcım sizin daxilinizi hərəkətə gətirdi. Super həyəcan yarandı. Hər dəfə etdiyiniz kimi bu dəfə də etmədiniz. İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi sürüşüb yaxasını qurtardı.
Davamı →

İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi

“İtirilmiş nəsillər” sırasına bizi də aid edənlər var. Belə düşünənlər, bizim arada qaldığımızı, buna görə də uğur qazanmağımızın çətin və hətta mümkünsüz olduğunu deyirlər. Bütün bu bədbin fikirlərə tamamilə qatılmasaq da, həqiqət payının olduğunu da dana bilmərik. Amma bəzən həqiqəti öyrənə bilmək üçün arxa planda nələr olduğunu da görmək lazımdır.Bu fikirlərin söylənilməsində əsas səbəb, bizim nəslin hər şeydən tez bezməsi və asan yorulmasıdır. Bəs bunun səbəbi olaraq nəyi görürlər? Gəlin birlikdə nəzərdən keçirək:

1. Aldadılmaq
Çak Palanikin “Fight Club” əsərində dediyi kimi: “Uşaqlıqdan hamımıza superqəhrəman ya da rok ulduzu olacağımız aşılandı. Amma heç birimiz müasir kölələrdən başqa bir şey ola bilmədik.”
Davamı →