Çətin uşaqlığın üstünlükləri

Həyat hamımıza eyni davranmır. Bəzən çox kiçik yaşlarımızdan böyük yüklərin altında qalırıq. Bu insanlara çox ağır gəlir və çox vaxt travmalara səbəb olur. Gələcək həyatlarında həmin travmalar onları daha pis hiss etdirə bilər, ancaq bəzən çətin keçən uşaqlığın yaxşı təsirləri də olur. Araşdırmalara görə, bu cür insanların bir neçə üstün cəhədləri də olur:

Kreativlik
Bu cür insanlar əlində olanların qədrini çox yaxşı bilirlər. Kasıb uşaqlıq yaşamış uşaqlar maşını qırılanda atmaqdansa, təmir etməyi öyrənirlər. Belə olduqda daha kreativ yollarla tanış olurlar.
Davamı →

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.

2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq — hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da, öyrənməyə cəhd edin.
Davamı →

Boşanma haqqında 4 böyük yalan

Bu yaşdan sonra heç kəsi tapa bilməzsən
Boşanma dövründə ətrafdakılardan ən çox eşidilən şeylərdən biri bu yaşdan sonra özünüzə uyğun heç kəsi tapa bilməyəcəyinizdir. Amma sevgini tapmağın yaşı yoxdur.

Xoşbəxtliyi tapmaq üçün gecikmək deyə bir şey yoxdur. Bir dəfə səhv etməyiniz bundan sonrası üçün dərs çıxarmağınıza, daha yaxşı qərarlar verə bilməyinizə və özünüz üçün daha yaxşı insanı tapmağınıza kömək edər.
Davamı →

Qayğılar

Ölkəmizdə yayılmış psixoloji narahatlığın zirvəsində qayğılar yer alır. O qədər problem var ki, qayğısız yaşamaq mümkünsüzdür. Amma həyatımızın bir çox sferalarına qayğıları qatmadan da çox rahat yaşaya bilərik. Bu yazımda qayğılardan müəyyən qədər də olsa, uzaq olmağın tərəflərini göstərməyə çalışmışam.

Qayğılar ümumi olaraq konkretlikdən uzaq, həyata keçməsinə ehtimal verdiyimiz düşüncələrdən qaynaqlanır. Qayğı bir insanın özünüqoruma və riski azaltma formasıdır. Qayğı həm də gələcəklə bağlı mənfi təhlil və hadisələri öncədən pis təsəvvür etmədir. Qayğıların özünü təhlil etsək, ortaya belə bir nəticə çıxır- bizi incidən və daha çox narahat edən hadisələr deyil, əksinə, bizim o hadisələr haqqındakı rəy və düşüncələrimizdir.
Davamı →

Pis bir günü yaxşıya çevirməyin 3 yolu

Pis bir gün keçirdiyiniz zaman özünüzü tamamilə kədərə buraxmaq yerinə, xilas olmaq sizin əlinizdədir. Bəzən pis bir gün keçiririk. Kefsiz oluruq, bütün nizamımız pozulur və problemin nədə olduğuna ilişib qalırıq. Ciddi problemlər yaşadıqda professional dəstək almağı da unutmayın.

Özünüzü çox incitməyin
Bir səhv etdikdə özümüzü cəzalandırmağa çalışırıq. Amma bunu unutmayın ki, hamı səhv edir və səhvlərimizdən dərs çıxarmaq həyatda irəliləməyin tək yoludur. Səhv etdikdən sonra özünüzü günahlandırmaq yerinə, harada səhv etdiyinizi tapmağı sınasanız, həm gününüz, həm də həyatınız daha yaxşı olacaq. Özünüzü bağışlamağınız o qədər də çətin deyil.
Davamı →

Yaşayın, gənclər, ölməyin!

90-ların əvvəli idi. Pulsuzluq, evsizlik və iki körpə uşaq.
Həyatımda birinci dəfə intihar fikri gəldi ağlıma. Eqoistcəsinə. Çıxıb getmək və bütün bu sıxıntılardan qurtulmaq.
Fikir yüngüllük kimi gəldi ağlıma. Günahsız günahkar olmaqdan qurtulacaqdım. Yorulmuşdum.
Pencəyimi götürüb çıxdım çölə, Sumqayıtın bir birinə bənzər mikrorayonları arasında dolaşmağa başladım. Fikrə öyrəşmək və həyatdan getməyin yolunu düşünmək lazım idi.
Gəzdim şəhəri bir xeyli. İnsanların üzünə baxırdım. Fikrimdə artıq bu dünyadan ayrılmışdım deyə hər şey mənə xeyli məzəli və risksiz görünürdü. Ölmüş Müşfiqin gözləri ilə
Davamı →

İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi

“İtirilmiş nəsillər” sırasına bizi də aid edənlər var. Belə düşünənlər, bizim arada qaldığımızı, buna görə də uğur qazanmağımızın çətin və hətta mümkünsüz olduğunu deyirlər. Bütün bu bədbin fikirlərə tamamilə qatılmasaq da, həqiqət payının olduğunu da dana bilmərik. Amma bəzən həqiqəti öyrənə bilmək üçün arxa planda nələr olduğunu da görmək lazımdır.Bu fikirlərin söylənilməsində əsas səbəb, bizim nəslin hər şeydən tez bezməsi və asan yorulmasıdır. Bəs bunun səbəbi olaraq nəyi görürlər? Gəlin birlikdə nəzərdən keçirək:

1. Aldadılmaq
Çak Palanikin “Fight Club” əsərində dediyi kimi: “Uşaqlıqdan hamımıza superqəhrəman ya da rok ulduzu olacağımız aşılandı. Amma heç birimiz müasir kölələrdən başqa bir şey ola bilmədik.”
Davamı →

Boğulmuş hislərin üsyanı

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, qırğınlıqların. Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə....

Hər insanın ağlından keçər bir gün Xəyanət etmək, ən çox sevdiyinə. Ən çox can yandırdığına,ən çox əmək verdiyinə. Dəyərsiz olduğunu gördüyü o an hər kəsə bir anlıq xəyanət etmək istər beləcə həyat eşqinə...

Yalan danışar hər kəs bir gün ən çox inandığına, ən çox etibar etdiyinə… Ən zərbə aldığına hər kəs bir gün yalan danışmaq istər qisas almaq istərcəsinə...

İnsan psixologiyasında,insan şüuraltısında təhrikedici qüvvələr daima mövcuddur. Bu qüvvələr illərlə yığılıb qalan aqressiya, neqativ hadisələr, incinmiş duyğular, tamamlanmamış arzular, gerçəkləşməmiş xəyallar fonunda formalaşır. İnsan dözür, dözür, hər çətinliyə sinə gərir və nəhayət bir gün… Gücsüz düşdüyün anda bütün organlar və duyğular ayağa qalxır. Üsyan edir…

Onlari məhkum etdiyin vəzifələrdən bir anda imtina edir. Və budur möhtəşəm bir xaos. Azıb qalırsan. İllərlə Özün bahasına qurduğun nizam indi səni məhv etməyə yönəlmiş silaha çevrilir sanki. O an hər şeyi etməyə qadıirdir insan. Ən ağılasığmaz hərəkətləri, ən gözlənilməz çılğınlıqları, geridönülməz peşmanlıqları edə bilərsən o an. Məşhur bir deyim var, “hər dərdi içinizə atarsanız,gün gələr yerinizdən qalxa bilməzsiniz”…

Ardı →

Arzularımızı öldürməyin 3 əlaməti

Arzularımızı öldürməyin birinci əlaməti vaxt çatışmazlığlıdır. Həyatımda tanıdığım ən məşğul insanların istədiklərini etmək üçün kifayət qədər vaxtları olmuşdur. Heç bir şey etməyənlər həmişə yorğundurlar və onlardan tələb olunan kiçik miqdarlı işlərə də fikir vermirlər. Onlar həmişə günün qısa olduğundan şikayətlənirlər. Həqiqət ondan ibarətdir ki, onlar yaxşı mənada döyüşməkdən qorxurlar.

İkinci əlamət bizim qətiyyətliliyimizdədir (Yəni bizim taleyimizin də ətrafımızdakı uğursuz insanlarınkı kimi olacağına əmin olmaq – red). Çünki biz həyatı böyük macəra olaraq qəbul etmək istəmirik. Biz həyatdan bu qədər az istəməyimizi ağıllı, yaxşı və düzgün olduğunu düşünməyə başlayırıq.

Biz gündəlik varlığımızda divarın o birisi tərəfinə baxırıq və biz böyük məğlubiyyətlər və döyüşçülərin gözlərində alov görürük. Amma biz heç vaxt sevinc, fərah hissini görmürük. Döyüşlə məşğul olanların qəlbindəki sonsuz sevinc hissini. Onlar üçün nə qalibiyyət nə də məğlubiyyət vacibdir. Onlar üçün vacib olan doğru şeylər üçün döyüşdükləridir.

Son olaraq arzularımızdan keçməyimizin üçüncü əlaməti sülhdür. Biz böyük şeyləri istəməyəndə həyat ”Bazar günortası“ olur (həftənin ən rahat hissəsi) və biz böyük şeylərdən imtina edirik. Sonra biz özümüzü yetkin hesab edirik.
Ardı →

Kasıblığa aparan 10 yol

Dahilərdən biri deyib: «Kasıblıq insan beynini uşaqlıqdan məhv etdiyi üçün insan məhv olmuş beyinlə kasıblıqdan çıxa bilmir. Nəticədə kasıblıq nəsildən-nəslə ötürülür».

Kasıblığı bədbəxtliyə çevirən, ondan xilas olmağa çalışmayan insanlardakı kasıblığa aparan 10 yolla tanış olaq:
1. Özünə yazığı gəlmə hissi — belə insanların özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakılar da ona acısın. Bu hiss əsasən qadınlarda güclü olur. Fikirləşirlər ki, «Mən kişi olsaydım, qarşımda geniş imkanlar olardı, mən onlardan istifadə edərdim». Düşünün, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər hər kəsin gözündə "şikəst" olur və mənəvi şikəstlik onların məhvinə yol açır.

Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.

2. Xəsislik - bu, hər zaman alış-veriş mərkəzlərində, ərzaq mağazalarında ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə düşüb lazımlı olana xəsislik edən bu cür tiplərin sonu kasıblığa gətirib çıxarır.

3. Sevmədiyin peşə ilə məşğul olmaq — bu cür insanlar sevmədiyi peşədən gələn gəliri heç də xoş qarşılamır, bəzən nifrətlə xərcləyir. Ən yaxşı üsul budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz işlə məşgul olun ki, əlinizə keçəni havaya sovurmayasınız, inkişaf edib yüksələsiniz.
Ardı →