Dar çanaq

Normal ölçülərindən 1-3 sm və ya daha çox az olan çanaq dar çanaq adlanır. Dar çanağın olması doğuş zamanı bəzi patoloji vəziyyətlərin baş verməsinə səbəb olur.

Qadınlarda dar çanaq olduqda doğuş zamanı dölün başı çanaqda irəlilədikcə dayanır. Çanağın dar olması funksional cəhətdən normal doğuşun baş verməsinə mane olur. Bu ən çox da dölün başının böyük olduğu hallarda rast gəlininir. Bu səbəbdən də əksər hallarda dar çanaq zamanı keysər kəsiyinə müraciət edilir.
Davamı →

Gözəl çanağa sahib olmaq üçün

Siz öz çanağınız və ombanızın ölçüsündən razısınızmı, əziz xanımlar? 
Razı deyilsinizsə, iki həftə ərzində onları bərk və elastik etmək üçün bu topikdəki pəhrizə əməl edin. 
Ombaları bərk etmək üçün qida rasionunuzdan spirtli içkiləri, qəhvəni və yağlı qidaları çıxarmalısınız. Meyvələrə keçin, xüsusilə qarpızdan istifadə edin. Hər gün yarım qarpız və yaxud yemiş yeyin və buna 3 yüngül qəlyanaltını əlavə edin: 150 qram  qızardılmış balıq, 1 soyutma kartof, qarışıq salat; yaxşı qızardılmış pomidorla 2 bifşteks, 1 xörək qaşığı qarğıdalı dənəsi; 50 qram istənilən şirinləşdirilməmiş lopalar, 1 pəhriz yoqurtu.

Məşqlər: kürəyi üstə uzanın, əllərinizi bədən ətrafında ovcunuz yerə tərəf olmaqla uzadın. Sol ayağınızı yuxarı qaldırın, dizdən bir balaca bükün və dizinizin döşəməyə dəyməsi şərti ilə onu sağ tərəfə aparın. Dizinizi asta – asta açaraq başlanğıc vəziyyətə qayıdın. Eyni məşqi sağ ayağınızla da edin. 10 dəfə təkrarlayın. Cinslərdən də ifrat dərəcədə istifadə etməyin, onlar bədən quruluşunu korlayır. 

Ardı →