Çayın və limon suyunun faydaları

Çayın faydaları

Naharlarımızda, gündəlik həyatımızda imtina edə bilmədiyimiz çayın faydalarını saymaqla bitmir. Qara çay aktiv radikallarla döyüşən antioksidantlar baxımından zəngindir. Həzm sistemini xəbərdar edir. Qara çayda olan dənələr qastrointestinal sistem üzərində güclü birsağaldıcı təsirə sahibdir. Beyin fəaliyyətini artırır.


Davamı →

Səhər qəhvə deyil, çay içmək niyə daha yaxşıdır?

Səhər çay içmək məsləhətdir, qəhvəni isə nahara saxlamaq daha yaxşıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu dietoloq Yelena Solomatina deyib.
Həkimin sözlərinə görə, çay katexinlər, taninlər və antioksidantlar kimi vacib elementlərin təbii mənbəyidir. Tərkibində həmçinin zehni fəaliyyəti stimullaşdıran L-tanin var və tanin ağızda patogen mikrofloranın qarşısını alır.

Davamı →

Çayı belə içmək zərərlidir

Qənd
Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir. Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir, əksinə onu daha faydalı edir.

Süd
Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.
Davamı →

Ağ çay

Ağ çay — çay kolunun tumurcuq və cavan yarpaqlarından əldə edilən və birbaşa günəş işığıyla qurudularaq qıcqırma prosesinə məruz qalmadan minimum oksidləşməylə əldə edilən bir çay növüdür.

Ağ çay qanda xolesterol və triqliseridlərin səviyyəsini salır, yağların parçalanmasını sürətləndirir, bədənin antioksidant səviyyəsini artırır, xərçəng hüceyrələrini məhvedici təsir göstərir, xüsusən, bağırsaq xərçənginə qarşı olduqca təsirlidir. Çaylar arasında ən yüksək antioksidant dəyərini ağ çay daşıyır. Ağ çay qanda xolesterolun səviyyəsini yaşıl çaya nisbətən daha tez salır.
Davamı →

Yaşıl çay, yoxsa qara çay?

Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.
Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır — yaşıl yoxsa qara? 

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq ağıl zəifliyinin inkişafına səbəb olur.
Davamı →

Çoxlu çay içməyin ziyanları

Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini açağı salır, orqanizmi təmizləyir, xərçəngin riskini azaldır.

Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.

1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır.
Davamı →

Dəmlikdə qalan çayla nələr edə bilərsiniz?

Çay dəmlədiniz amma hamısını içə bilmədiniz, qalan çayı tullamadan əvvəl yaxşı fikirləşin.
Dəmlikdə qalan çayla nələr edə bilərsiniz? Dəmlikdə qalan çayın faydaları saymaqla bitmir. Şiş gözlərə yaxşı təsir etməsindən əlavə, daha bir çox faydası var.

Saçınız cansızdırmı?
Saçınızı şampunladıqdan sonra son su olaraq bir çaydan ilıq çayla durulayın. Saçlarınız parıltı əldə edəcək.

Ayağınızmı iy verir?
İlıq çay dolu bir ləyənə ayaqlarınızı salın və hər axşam yatmazdan əvvəl 10 dəqiqə saxlayın.

Boğaz ağrılarında
Çayı süzüb, soyuyan dəmi boğaz ağrılarında qarqara olaraq istifadə edə bilərsiniz.

Dəriniz çoxmu yağlıdır?
Duşdan çıxmazdan əvvəl son su olaraq bir çaydan çay ilə bədəninizi ovuşturun, dəm balzam vəzifəsini yerinə yetirəcək.

Dərinizdəki yaraların təmizlənməsi
Çayı, dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün pambıqla tətbiq edərək istifadə edə bilərsiniz.

Əliniz balıq və ya soğanmı iy verir?
Balıq təmizlədiz, əllərinizi sabunla yudunuz və əliniz balıq iy verir. Ya da soğan soydunuz, soğan iy verir. Əlinizi dəmli çayla yuyun.

Ardı →

Çay gözəlləşdirir

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.
 
Çində çay 4 il əvvəl də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı  təsirlərə malik olduğunu deyirlər.
Çayda olan vitaminlər və yod insana uzun müddətli yaşama özəlliyi qazandırır. Çaydakı tein qan damarlarını genişləndirib, dövranı möhkəmləndirir, orqanizmin enerjisini qoruyur. Hətta çay ürək və mədəni gücləndirir, kollestrol  səviyyəsinin yüksəlməsinin qarşısını alır.
 
Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır? Bunun üçün aşağıdakıları diqqətlə oxumağınız daha msələhətlidir.
 
Ardı →