Çay nələrə zərərdir?

Alışdığımız çay orqanizmə xeyirdir. Amma hamıya, hər zaman və istədiyi miqdarda yox.

Mədə xorasında
Çay həzm prosesinə kömək edir. Amma siz mədə və onikibarmaqbağırsağın xorasından, eləcə də mədə turşuluğunun yüksək olmasından əziyyət çəkirsinizsə, çay içməyi azaldın. Sağlam mədədəki fosfor turşusu birləşmələri mədə turşusu birləşmələri mədə turşusunun sekresiyasını aşağı salır.

Yadda saxlayın ki, çayın bir komponenti teofilindir. Teofilin isə bu birləşmənin funksiyasını azalda bilər, nəticədə mədə turşusunun miqdarı xeyli artar. Bu isə öz növbəsində xoranın sağalmasına mane olur. Buna görə də çayın sayını azaldın, tünd çay içməyi isə birdəfəlik tərgidin.
Davamı →

Çayı belə içmək zərərlidir

Qənd
Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir. Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir, əksinə onu daha faydalı edir.

Süd
Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.
Davamı →

Çoxlu çay içməyin ziyanları

Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini açağı salır, orqanizmi təmizləyir, xərçəngin riskini azaldır.

Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.

1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır.
Davamı →

Çay içmək nə vaxt ziyanlı hesab olunur?

Çay bizim ən çox sevilən ənənəvi içkimizdir. Çay çox faydalıdır. Güclü antioksidant xüsusiyyətlərinə görə çay orqanizmdə gedən qocalma proseslərini ləngidir, ürək-damar sistemini qoruyur, bir çox xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır.

Lakin bəzən çay orqanizmə ziyan da vura bilər. Bu hansı hallarda mümkündür?

1. Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər.

2. Çox isti, qaynar çay içmək olmaz. Belə çayın daim istehlakı boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə — çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.

Davamı →