Çay gözəlləşdirir

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.
 
Çində çay 4 il əvvəl də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı  təsirlərə malik olduğunu deyirlər.
Çayda olan vitaminlər və yod insana uzun müddətli yaşama özəlliyi qazandırır. Çaydakı tein qan damarlarını genişləndirib, dövranı möhkəmləndirir, orqanizmin enerjisini qoruyur. Hətta çay ürək və mədəni gücləndirir, kollestrol  səviyyəsinin yüksəlməsinin qarşısını alır.
 
Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır? Bunun üçün aşağıdakıları diqqətlə oxumağınız daha msələhətlidir.
 
Ardı →

Çay və yumurta | Beynin qidası

Çay — Təzə dəmlənmiş yaşıl, yaxud qara çay beyin üçün çox faydalıdır, çünki tərkibi katexinlərlə zəngindir. Yəqin, boşluq və yorğunluq, sanki düşünməyə belə tənbəllik etdiyiniz günlər olur. Bu, beyində katexin çatışmazlığı ilə əlaqədar ola bilər. Adıçəkilən maddələr ağlın iti və təzə qalması, onun normal işləməsinə kömək etmək baxımından əla vasitədir. Katexinlər beynin iş qabiliyyətini qorumaqla yanaşı, həm də əqli yorğunluqla mübarizə aparmasına imkan yaradır.
yaşıl və qara çay
Yaşıl çayın daha güclü təsirə malik olduğu vurğulansa da qara çay səhərlər içmək üçün əla variantdır. Səhərlər çay için, bu, gün ərzində beyin fəaliyyətinin tənzimlənməsinə kömək edir.

Ardı →

Çay unutqanlığın qarşısını alır.

Çayın mərkəzi sinir siteminə müsbət təsir göstərdiyini bildirən fitoterapiya mütəxəssisləri gün ərzində içilən 1-2 stəkan yaşıl çayın düşünmə və fəaliyyət göstərmə kimi aktiv prosesləri normallaşdırdığını və sizin aktivliyinizi pozitivə doğru dəyişdiyini hesab edirlər.


Ardı →

Çay içməyin qaydaları

Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır. Çay ən çox istifadə etdiyimiz içkilər sırasındadır. Amma çayı içməyin də öz qaydaları var.

Qadağa 1
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da «canavarın evə girməsi» effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü stimullaşdırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.
Ardı →

Çay

Çay dünyada sudan sonra ikinci ən geniş yayılmış içkidir. Çay kolunun (Camellia sinensis) yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən bu içki əsasən isti və subtropik olkələrdə yetişdirilir. Yığılandan sonra emal prosesinin nəticələrinə görə çay 4 növə ayrılır: yaşıl, qırmızı, sarı və qara.


Ardı →