Quru suları (çay, göl, buzlaq, bataqlıq, yeraltı su) hidrosferin 3,5%-ni əhatə edir. Suyun böyük dövranı nəticəsində yaranır. Iqlim və relyef qurunun səth sularının qeyri-bərabər paylanmasına təsir göstərən əsas amillərdir.
Qurunun səthində açdığı yataq üzrə daimi axan suya çay deyilir. Çayın başlandığı yerə mənbə deyilir. O okean səviyyəsindən hündürdə olur. Mənbə – bulaq, buzlaq, bataqlıq, göl ola bilər. Çayın töküldüyü yerə isə mənsəb deyilir. Mənbə mənsəbdən həmişə hündürdə olur. Bulaq və buzlaqdan başqa bütün su hövzələri mənsəb ola bilər. Mənsəbinə görə çaylar 3 qrupa bölünür:
1. Mənsəbdə delta yaradan çaylar. Çay aşağı axarda sürətini zəiflədir. Suyun gətirdiyi çöküntülər mənsəbdə yığılaraq xırda adalara çevrilir və çay xırda qollara ayrılır: Nil, Lena, Volqa, Missisipi, Kür və s. Dünyada ən böyük delta 3 çayın – Qanq, Braxmaputra və Meqxinqin deltalarının birləşməsindən yaranır.
Ardı →