Güllər sevgi, həyat rəmzidir

  • Flora

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən  istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Dünyaya  övlad bəxş edən anaları ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, xüsusi günlərdə ilk ağla gələn, məktəb həyatına ilk qədəm qoyan övladlarımızın ən müqəddəs varlıq hesab etdiyimiz müəllimlərə qiymətli hədiyyəsi də elə gül dəstəsi olur. Ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.


Davamı →

Zəhərli bitki – Oleandr

  • Flora
Oleandr və ya zəkkum ağacı çox zəhərli bir bitki olmasına baxmayaraq Bakımızın bütün küçələrində ona rast gəlmək olur, çünki bütün iqlim şərtlərinə dözümlüdür.

Yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox söyüd gülü deyirlər. Əslində belə bitkilərin məktəb və uşaq bağçalarının yanında əkilməsi qadağan olunmalıdır.

Bu bitkinin çiçəklərinə və budaqlarına əl vurmaq məsləhət deyil, xüsusən uşaqlara ondan uzaq durmağı izah etmək önəmlidir.
Davamı →

Çiçəklərin ətir və rəngləri

  • Flora
Yaşıl çəmənin əlvanlığı son dərəcə cazibədardır. İsti yay günündə buludsuz səma altında güllərin parlaq rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz, tanış və sevimli mənzərə yaradır. Ağ qamətli birəotu, bənövşəyi, utancaq zəngçiçəyi, al-qırmızı qərənfillər… Təbiət insandan ötrü necə rəng müxtəlifliyi, qəribə naxışlar, gözəlliklər yaradılıb!

Təkcə insan üçün? Dostlar, bu sualın üzərində dərindən düşünmək lazımdır. İnsan Yer üzündə yaxın keçmişin qonağıdır. Tutqun simalı, təbiətin gözəlliyini hələ duya bilməyən əcdadlarımız mağaralarda gizlənən zaman çəmənlərdə güllər açır, onların üzərinə nektar və tozcuq toplayan həşəratlar qonurdu. Milyon illər əvvəl bitkilərin əksəriyyətində görkəmsiz, balaca, tozcuğu küləklə yayılan çiçəklər olub. Lakin tədricən bitkilər və həşəratlar bir-birinə uyğunlaşıb.
Davamı →

Çobanyastığı günəş çiçəyidir

  • Flora
Çobanyastığı gözoxşayan, cazibədar bitkidir. Onu adətən “utancaq”, “çöl çiçəyi” kimi epitetlərlə müşayiət edirlər. Lakin çələng hörəndə, buket bağlayanda onsuz ötüşmək çəkindir. Bu bitkinin çiçəyinin forması çətirə oxşayır. Əfsanəyə görə çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub. Yağış yağanda cırtdan onun altına sığınar, ya da onu qoparıb başı üzərində tutaraq addımlayar. Yağış damlaları çobanyastığı çətiri döyəclər, ləçəklərindən süzülüb axar, çırtdan isə tamamilə quru qalar.

Çiçəyin adı latınca “romana” sözündən götürülüb. Orta əsr tibb ədəbiyyatında çobanyastığını “Roma çiçəyi” adlandırıblar. Bitkinin yunanca adı (“Leucanthemum”) isə “ağ çiçək” kimi tərcümə olunur. Qədim Misirdə çobanyastığı çiçəyi günəş Tanrısı Raya həsr edilib. Onu ləçəkləri ilə çoxlu taleləri, yolları birləşdirən balaca günəş biliblər. 
Davamı →

Zanbaq - Şərqin sehrli çiçəyi

  • Flora
Bir çoxlarının sevdiyi zanbaq və ya tülpan çiçəyinin adı “türban” mənasına gələn fars sözü “toliban”dan götürülüb. Həqiqətən də, zanbağın qönçəsi baş örtüyünə çox bənzəyir. Zanbağın vətəni İrandır. Bu çiçək İrandan Türkiyəyə gətirilib və adına lalə deyilib. Türk soltanının malikanəsində hər baharda ən azı 500 min zanbaq çiçək açardı! Hər il şərq təmtərağı ilə zanbağa həsr olunan bayram mərasimləri keçirilərdi.

XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq Vyanaya gətirilir. Bundan sonra zanbaq Avropanı fəth etməyə başlayır. Qısa bir müddət ərzində göz oxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanır. XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi.
Davamı →

Novruzçiçəyi

  • Flora
Təbiətdə qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir. El arasında onu novruzgülü də adlandırırlar.

Qədim dövrlərdən etibarən ondan müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə «Olimpin dərman çiçəyi» adı verilib, İngiltərədə isə onu sehrli çiçək hesab ediblər. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu "İflic otu" da adlandırırdılar.

Xalq təbabətində novruzçiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.
Davamı →

Çiçəklər insan beynini müalicə edir

  • Flora
Çin alimlərinə görə, çiçəklər insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.

Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Belə ki, bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır.

Qalantamin nərgizin tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir. Eyni zamanda, Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir və yenə də Alzheimer xəstələrində beynin işinə müsbət təsir göstərir.
Davamı →

Çobanyastığı

  • Flora
Çobanyastığının bir çox növləri Azərbaycanda yayılmışdır. XV əsr müəllifi Əli İbn Hüsеyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqеn təsirə malikdir (südü artırır), sinir sistеmini sakitləşdirir. Çobanyastığı çiçəyini çеynədikdə, ağız yaralarına qarşı kömək еdir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daşları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çiçəklərin dozası – 14 q qədərdir. Çobanyastığının kökü onun çiçəyindən daha təsirlidir. 4,5 q çobanyastığı kökünü bal ilə qəbul еtdikdə, cinsi həvəsi artırır.

Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır. Bundan əlavə çobanyastığı çiçəyinin mərhəmi yüksək qızdırmada, titrəmədə, və əsmədə çox xеyirlidir. Bu məlhəm həmçinin karlıqda, bеl ağrısında, rеmatizmdə, yеl xəstəliyində xеyirlidir. Bunları «Ixtiyarəti-bədii» (XIV əsr) əsərinin müəllifi qеyd еdir.
Davamı →

Bənövşə

  • Flora
Yazın nəfəsi duyulan kimi göy bənövşə çiçəkləri qarın altından baş qaldırır. Bənövşəyi rəngli çiçəkləri, ürək formasında yaşıl yarpaqları var. Rütubətli, lakin günəş dəyən yerləri xoşlayır, daha çox kol dibində bitir. Bənövşənin göy və bənövşəyi çiçəkli növlərindən başqa sarı, ağ, çəhrayı ləçəkli növləri də var.

Bənövşəyə spesifik xoş ətir verən maddə efir yağlarıdır. Həmin maddələrin sayəsində bitki əsəbsakitləşdirici və yuxugətirici təsir göstərir, stressin orqanizmə təsir gücünü zəiflədir. Soyuqdəymə, qrip, zökəm zamanı qızdırmanı salır, bədəndəki ağrıları və baş ağrılarını aradan qaldırır.
Davamı →

Diphylleia - Şəffaflaşan çiçək

  • Flora

Meşə bitkisi olan Diphylleia-nı məşhur edən özəlliyi ağ çiçəklərinin yağış yağarkən şəffaflaşmasıdır. 
 
Onu yer kürəsinin cəmi üç nöqtəsində tapmaq olar: Yaponiya və Çinin soyuq regionlarının nəm, meşəlik yamaclarında, həmçinin ABŞ-ın Appalaç dağlarında.
Davamı →