Çillərdən qurtulmağın 10 asan yolu

Sarışın qadınların fərqli gözəlliyi hesab edilən çillər bəzi sarışınları çox narahat edir. Buna görə çillərdən xilas olmağın müxtəlif yollarını axtarırlar. Çillərdən qurtulmaq istəyirsinizsə, bu məsləhətlərə əməl edin.

1. Yazda və yay aylarında cəfəri yarpaqlarından, payız aylarında isə cəfəri kökündən maska hazırlayın. Cəfərini blenderdən keçirib, pürə halına gətirin və təmizlənmiş dərinizə sürtün. Göz altına cəfəri sürtməyin. Bu maskanı 20-30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq suyla yuyun və üzünüzə nəmləndirici krem sürtün.
Davamı →

Əlvida çillər

Barbunya çilləri yox edir! 
Yaz aylarında çillər daha da çoxalır. Bu isə qadınlarda xoşagəlməz hisslər yaradır. Bəzi qadınlara yaraşsa və gözəl görünsə də, çoxu çilləri sevmir və bunu yox etmək üçün müxtəlif üsullara əl atırlar. Siz də çillərdən əziyyət çəkir və çirkin görüntü yaratdığını düşnürsünüzsə, yazını diqqətlə oxuyun. 

Üzdəki çillərdən xilas olmaq üçün kosmetik şirkətlər öz məhsullarını nə qədər reklam etsələr də, çillər və ləkələrlə mübarizədə çox zəif nəticə göstərir. Ən çox müraciət edilən üsul isə peelingdir. Onun nəticələri isə məlumdur. Bu, proses erkən yaşlanmaya səbəb olur. Ancaq bu problemini də təbii və bitkilərlə aradan qaldırmaq olar. Çillərin həlli tərəvəzlərdə gizlənib. Barbunya çillər və günəş ləkələrinə böyük təsir edir. 

Hazırlanması:
100 qr ağ barbunyanı gecədən isladın. Səhərisi gün də 1 litr suyun içində qaynadın. Bişdikdən sonra yaxşıca süzün. Əldə etdiyiniz barbunya suyunu 5 gün ərzində çillərə və ləkələrinizə çəkin. Bu məhlulu soyuducuda saxlamaq lazımdır.
Davamı →

Üzdə olan ləkələrə və çillərə qarşı maskalar

1-Əgər üzünüzdə çil varsa, əvvəlcə isti suya 5-6 çay qaşığı soda töküb əriyincə qarışdırın. Onunla üzünüzü silin.Çillərin və ləkələrin rəngi yox olar.
2-Cəfəri kökünü xırda-xırda doğrayıb dəmlədikdə və ona limon suyu qarışdırıb səhər və axşam üzə çəkdikdə çillər və ləkələr ağarır.
3-Üzdəki çilləri təmizləmək üçün turp şirəsinə araq,bal,duz əlavə edib qarışdırın və üzünüzə çəkin.
Ardı →

Çillər və ləkələr

Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.


Ardı →