Paytaxtlı alimin sərgüzəşti

Paytaxtda yaşayan bir neçə alimin toplaşdığı məclisdə insan xarakterinin qəribəliklərindən söhbət düşdü; bəzi adamlar qətiyyətlidirlər, cəsurdurlar, bəziləri isə qorxaq və zəifdirlər, çünki hərənin özünəməxsus xarakteri var. Cəsarətli adamlar heç nədən qorxub-çəkinmirlər, onlar əsl kişidirlər.
Alimlərdən biri lovğa-lovğa dilləndi ki, əgər igidlikdən danışırsınızsa, deməli, söhbət məhz məndən gedir.
Məclisdəkilər gülüşdü:
— Buna inanmaq üçün əvvəlcə sizi sınamalıyıq.
— Mənim bir qohumumun evinə, — bir nəfər dilləndi, — şər qüvvə dadanıb, buna görə də heç kəs orada yaşamaq istəmir. Əgər qorxmadan bir gecəni orada keçirə bilsəniz, biz sizin şərəfinizə ayrıca ziyafət verərik.
Davamı →

Qabaqcadan bilinən evlilik

Dulinli Vey Qu körpəlikdən yetim qalmışdı. Yetkin yaşa dolan kimi evlənmək fikrinə düşdü, amma uzun müddət münasib bir adaxlı tapa bilmədi. "Çjen-quan" adıyla məşhurlaşan sülalə hakimiyyətinin ikinci ilində o, Sinxeyə gedəsi oldu, yolda Sunçenin güneyindəki yeməkxanaya düşdü. Həmsöhbətlərindən biri dedi ki, Sıma Panfan adlı keçmiş məmurun ərgən qızı var, əgər Qunun marağı varsa, yeməkxananın günbatan səmtindəki Lunsin məbədinə gedib, özü bu haqda bir xəbər bilsin.

Qu çoxdan evlənmək arzusundaydı. Elə ertəsi gün, hələ Ay batmamış, məbədə üz tutdu. Məbədin pilləkənlərində xurcunlu bir qoca oturub Ay işığında əlindəki qatlama kağızdan nəsə oxuyurdu. Qu ona yaxınlaşdı, kağıza boylansa da, orda yazılanı oxuya bilmədi.
Davamı →

Səfehlər kəndi

Xusyan əyalətinin Dunzışansun kəndinin sakinlərinin, uşaqdan böyüyə, hamısı səfeh idi. Həmin kənddən olan bir qoca öz oğlunu Çanyandakı bazardan qul almağa yollayanda dedi:

— Eşitdiyimə görə, Çanyanda alverçilər satmaq istədikləri qulu gizlədirlər ki, o, əvvəlcədən duyuq düşməsin. Sən orda əməlli-başlı axtar, yaxşı qul tapıb al.

Oğlan bazarı gəzməyə güzgüsatılan sıradan başladı. Güzgülərdən birində, ucaboy olmasa da, möhkəm bədənli bir nəfər görəndə fikirləşdi ki, yəqin, alverçi orda qul gizlədib. Barmağıyla güzgünü çırtmalayıb dedi:
Davamı →