Omonim sözlər

Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn: ət maşını, minik maşını
Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn: ləpə–su dalğası, ləpə-qoz ləpəsi.
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində sıra nömrəsi qoyulur:

  • Divan – oturmaq üçün vasitə;
  • Divan – şeirlər külliyyatı.

Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-ayrı mənaları bildirir.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.


Davamı →

Çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s.

Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn: üz–adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s.
Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn:

  • Həqiqi məna: polad balta (isim); gözəl mənzərə (sifət);
  • Məcazi məna: polad bilək(isim); gözəl fikir (sifət)
 


Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır.


Davamı →

Leksika

Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: «qələm» sözünün leksik mənası «yazı alətidir». Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:azadlıq -müstəqillik — sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini  izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.


Davamı →

Sözlərin çoxmənalılığı

Rus dilinin zənginliyi təkcə lüğət tərkibinin böyüklüyü ilə deyil, sözün çoxmənalılığı (многозначность),yəni mətndən asılı olaraq onun müxtəlif məna çalarlarında işlənməsi ilə də müəyyən olunur. hər hansı bir sözün mənası başqa sözlərlə əlaqədə dəqiqləşdiyi kimi, çoxmənalığı sözün də ifadə etdiyi anlayış və ya fikir yalnız mətn daxilindəki cümlədə müəyyənləşir. Məsələn, aşağıdakı cümlələrdə язык sözünün hansı mənalarda işləndiyinə diqqət edək.
Davamı →