Quru tutun və çuğundurun faydaları

Tut meyvəsinin onlarca növü vardır. Tut yığılan kimi və ya budağından yeyilməlidir. Çünki içində olan bəzi maddələr yığıldıqdan sonra itməyə başlayır. Vaxt keçdikcə dəyişən dadından qurudulduqdan sonra əsər qalmaz və daha çox ləzzətli olar.
Qurusu başda olmaqla yaş meyvəsi, bəhməzi, mürəbbəsi də yüksək enerji mənbəyidir. Quru tutu uşaqlar, böyüklər, hamilə və yaşlı insanlar qida rasionunda rahatlıqla istifadə edə bilərlər.

Kökəlməyən uşaqlar və böyüklər gündəlik qidalanmalarına quru tutu əlavə etsələr, gözlə görülən bir artım əldə edəcək və əyləncəli qidalanma ritualı gündəlik qidalarına əlavə olunacaq.
Şəkər xəstələrinə və həddindən artıq çəki problemi olan insanlara çoxlu yeyilməsi məsləhət görülmür. Şəkər xəstələri və arıqlamaq istəyənlər bir səfərdə ən çoxu 20 ədəd quru tut yeyə bilərlər.
Bir yaz meyvəsi olan tut antioksidan tərkibi sayəsində badamıq, ağız, boğaz iltihabı və diş iltihablarına qarşı xeyrilidir. Tutu qurudub faydalarından qış aylarında da istifadə etmək olar. Mədə və bağırsaqların işləməsində çox xeyirlidir.

Tutun özəlliklərindən biri də odur ki, ana südünün artmasına kömək edir. 2,5 stəkan qaynayan suyun içərisinə 7 x.q qurudulmuş ağ tutu əlavə edib, 10 dəqiqə az xodda qaynadırıq. Bu qarışımdan stəkan su əldə edilir. Süd verən ana bu əldə edilen suyu bir dəfədə ya da uşağın yeni doğulmuş olmasına görə yarı-yarı içdiyi zaman südündə olan artımı özü də hiss edəcəkdir. Ancaq hər gün yenisini qaynadaraq içilməsinə diqqət edilməlidir.


Davamı →

Çuğundur ilə balqabağı belə hazırlayın və faydalarını görün

1. Əvvəlcə çuğundur haqqında və hazırlanması haqqında.
Çuğundurun faydasını demək olar hamı bilir, tarixdən bizim insanlarımız qan azlığında, zəiflikdə, bədən soyuqluğunda, qəbizlikdə həmişə istifadə edib. Çuğunduru birazda dərindən araşdırsaq insan oğlu üçün başdan-başa şəfa mənbəyidir, çuğundur revmatizm və revmatoidli poliartrit xəstələri üçün olduqca faydalı qidadır, Çuğundur qanın tərkibində oksigenin miqdarını artırır, bununla da beyin qidalanmasını yaxşılaşdırır, yaddaşsızlığı aradan qaldırır, skleroz xəstələri üçün faydalı qidadır. Axşamlar çuğundur şirəsi içmək əsəbləri rahatlaşdırır, yuxunu dərinləşdirir, Ağciyər xəstəliklərində, yüksək təzyiqdə çuğundur çox faydalıdır.

Davamı →

Çuğundur şirəsinin orqanizmə inanılmaz təsiri

Artıq çoxdan məlumdur ki, çuğundur şirəsi ürək-damar sisteminin normal fəaliyyətinə kömək edir.
Britaniyadan olan alimlər, bu şirənin qan təzyiqinə məhz necə təsir göstərməsini müəyyən ediblər.
Mütəxəssislər sübut ediblər ki, 1 stəkan çuğundur şirəsi, bir saat ərzində qan təzyiqini aşağı salmağa kömək edir. Bu, müəyyən təcrübədə sübut olunub.
Davamı →

Möcüzəvi çuğundur şirəsi

  • 1 ədəd çuğundurun tərkibində təxmini 8 mq şəkər var.
  • Lakin şirəsini çəkəndə şəkər karbohidrat şəklində qalır və süzülmür.
  • Buna görə də çuğundur suyu bol lifli maye hesab olunur.
  • Çuğundur şirəsi toksidlərin bədəndən çıxmasına və tez şəkildə arıqlamağa kömək edir.
  • Bundan başqa metabolizm sistemini gücləndirir, qan dövranını tənzimləyir.
  • Tərkibindəki liflər bədəni detoks olaraq təmizləyir.
  • Qocalmanın qarşısını alır.

Davamı →

Bişmiş çuğundurun misilsiz faydaları

Bişmiş çuğundur sözün əsl mənasında superməhsuldur. Bu ucuz tərəvəzin saysız faydaları mövcuddur. Bir çox qidalanma üzrə mütəxəssislər hər gün bir neçə tikə bişmiş çuğundur və ya çuğundur salatı yeməyi tövsiyə edirlər.

— İlk növbədə liflərlə zəngin olan bişmiş çuğundur bağırsaqları yumşaq təmizləyir, qəbizliyin qarşısını alır.

— Bişmiş çuğundur orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) təmizləyir. Bu səbəbdən mütəxəssislər bişmiş çuğunduru ziyanlı istehsalatlarda işləyən insanlara yeməyi tövsiyə edirlər.
Davamı →

Çuğundur şirəsi içmək üçün 10 səbəb

Əgər təzə çəkilmiş çuğundur şirəsini tez-tez içməyi vərdiş etsəz, sağlamlığınızı xeyli möhkəmləndirə bilərsiniz. Çuğundur şirəsini qəbul etməyin bir sıra faydaları mövcuddur ki, bunlardan aşağıdakıları qeyd etmək olar:

— Qanın keyfiyyətini yaxşılaşdırır
— Qaraciyəri və böyrəkləri təmizləyir
— II tip diabetin riskini azaldır
— Aterosklerozun inkişafını ləngidir, ürəyə faydalıdır
— Xərçəng hüceyrələrinin aktivliyini azaldır
— Təzyiqi salır
— Cinsiyyət üzvlərinin funksiyasını aktivləşdirir
— Orqanizmin ətrafa dözümlülüyünü artırır
— Cavanlaşdırır
— Sümük, toxuma və damarları möhkəmlədir.
Davamı →

Çuğundurun faydaları

  • Flora
Çuğundur da digər tərəvəzlər kimi çox faydalıdır. Onun tərkibində mineral duzlar, vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr var.

Çuğundurun şirəsi daha faydalıdır. Ürəkbulanma verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda saxlayıb sonra içmək lazımdır. Mədə xorası və onikibarmaq bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə çuğundur şirəsi içmək məsləhət görülmür. 

Faydaları:
— Orqanizmdən radiasiyanı, ağır metal duzlarını çıxarır.
— Həzmi yaxşılaşdırır.
— Mikrobları öldürür.
— Qan damarlarının divarlarını bərkidir. 
— Ürəyin işini tənzimləyir.
— Trombların yaranmasının qarşısını alır.
Ardı →