Öd kisənizdə daşlar niyə əmələ gəlir?

Qaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda — öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur. Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir.
Bəs bu maddə necə daşlara çevrilir?

Davamı →

Quş ödü ilə öd daşı əleyhinə çarə

Öd daşı əleyhinə paylaşmalarım olsa da bu da faydalı bir reseptdir. Bu resept təbiətdə quşların qumları yedikdən sonra həmin qumları çilədanlarında əritməsindən götürülmüşdür. Məlum olmuşdur ki, quşlar yeməklə bərabər kiçik daşlar və qum yeyirlər, quşların həzm sistemi isə bu qumları əridir və qidanın yaxşı həzm olusmasına yardımçı olur. Bəs daşların əridilməsi necə baş verir?
Davamı →

Öd daşı xəstəliyi tutması. Nə etmək lazımdır?!

Öd daşı xəstəliyinin tutması özünü çox güclü kəsici ağrılarla büruzə verir.

Adətən tutma qəfildən bir çox hallarda yağlı və kəskin qidaların qəbulundan, güclü fiziki gərginlikdən, stressdən, nəqliyyatda silkələnmədən sonra başlayır. Xəstədə ürəkbulanması, gəyirmə və hətta qusma ola bilər. Əvvəl ağrı sağ qabırğaaltı hissəsində, qarının yuxarı hissəsində başlayır. Bəzən ağrılar sağ çiyinə, boyunun sağ hissəsinə, sağ kürəyə yayılır, Təxminən yarım saatdan sonra ağrı maksimuma çatır, dözülməz olur, bəzən xəstədə titrəmə, hərarətin qalxması müşahidə edilir.

Bu səbəbdən əgər sizdə və ya sizin yaxınlarınızda bu xəstəlik varsa (buna diaqnoz qoyulubsa) bu maqaləni mütləq oxuyun ki, lazım olan anda özünüzü itirməyəsiniz.

Nəzərinizə çatdıraq ki, qarında olan ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən özünüzə müstəqil şəkildə «diaqnoz» qoymayın və özünüz özünüzü «müalicə» etməyin.
Ardı →