Ölüm qorxusu (tanatofobiya )nədir?

Ölüm qorxusu (tanatofobiya) nədir?

Ölüm, bizi yenə bir ərəfəyə aparan yolun adıdır. Bu yolda artıq fiziki olaraq fəaliyətimizi dayandırır, cismən bu dünyanı tərk etmiş oluruq. Həyati vacib orqanların bəziləri və ya hamısı öz funksiyalarını itirdikdə ölüm baş verir. Ölüm həyatımızın heç vaxt dəyişməyən və hər an qarşılaşa biləcəyimiz bir hissəsidir. Ancaq ölüm anlayışını qəbul etmək və bu barədə düşünməmək həmişə asan olmur. Hər bir insan yaşadığı müxtəlif hadisələrə görə ölümdən qorxmağa başlaya bilər. 


Davamı →

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Ölüm – keçmişin və indiki dövrün filosofları üçün ən maraqlı təzahürlərdən biridir. Biz bilirik ki, insan həyatı sonludur, bu isə o deməkdir ki, vaxtımız kəskin şəkildə məhduddur. Filosoflar ölüm bilgisinin insan həyatına necə təsir etdiyini öyrənir.
Öz texnologiyaları və digital sferadakı imkanları ilə XXI əsr ölümün ümumiyyətlə nə olduğu haqqında bizi çoxlu suallar verməyə vadar edir. Bioetika çərçivəsində ölümün meyarlarının nələr olduğu ətrafında günümüzdə olduqca maraqlı müzakirələr aparılır.

Davamı →

Death İnfeksiya


Hacıyev Cavidan 
BDU –nun II  kurs, magistrantı

 
İnsanın insana canavar olmasını vurğulayan hər kəs statistika olaraq bəşəriyyətin yarandığından günümüzə qədər yalnız bir neçə yüz il müharibəsiz dövr olduğunu deyirlər. Müharibələr insanların kütləvi ölümünə səbəb olur. Ancaq yalnız müharibələr mi? XX əsrin əvvəllərində 2 Dünya müharibəsi milyonlarla insanın həyatını aparsa da, lakin İspan qripi heç də az ölümə səbəb olmamışdır. Lakin İspan qripi özü də kütləvi ölümlərə səbəb olan yeganə hal olmamışdır. Zika, ebola virusları qara taun və rəqs taunu və s. hadisələr də milyonlarla insanın tələfinə səbəb olmuşdur. Ancaq bu ölüm yoluxduruculuğu nəyinki kütləvi, bir çox fərdi hallarda da müşahidə olunur ki, bura da GİCS, narkomaniya və s. aiddir. Necə adlandırılmasından asılı olmayaraq, ölümü epidemik infeksiya halına gətirən bu halların simptomları görəsən nələrdi? Və kütlənin fəlsəfi fikirləri ilə bu halların əlaqəsi və qarşılıqlı təsiri varmı?
Davamı →

Ölüm fəlsəfəsi

Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.
-Bəyazid Bistami
Hələ də o dünyadan salamlar gətirən ölülərə rast gəlinmədiyindən insanlar əcəl zənginin necə çalınacağı barədə çoxlu mülahizələr yürüdürlər. Yaşadığı tarixi dövrdən, mühitdən asılı olmayaraq hər bir insan ölüm barədə düşünür. Ölümün hüquqi və bioloji tərifləri verilsə də, fəlsəfi cəhətdən ölümə vahid tərif vermək mümkün deyil. Məsələn, Oşo ölümü meditasiyaya bənzədir. Xristianlıqda ölüm Adəmlə Həvvaya törətdikləri günaha görə verilən cəza, İslamda insanın qəbirdə axirətə qədər bərzax halında gözlədiyi vəziyyətdir. Sokrat fəlsəfəni ölüm elmi adlandırdığına baxmayaraq, Vitqenşteyn ölümü ümumiyyətlə qeyri-həyati təcrübə sayırdı.
Davamı →

Ölümü Dostunu Qarşıladığın Kimi Qarşıla

Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»

Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün  mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:

"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)

Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:


Ardı →

Ölüm haqqında

Harada olursunuz olun,hətta uca(möhkəm)qalalar içərisində olsanız belə,ölüm sizi haqlayacaq.   (Qurani Kərim)
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.   (Bəyazid Bistami:İslam alimi)
İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.   (Hz.Əli ə.s.:Birinci İmam)
Ey həyat,ölümə minnətdar ol!Səni ona görə sevirəm.   (Blez Paskal:Fransız riyaziyyatçısı)
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz,ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.   (İbn Sina:Şərq filosofu və həkimi)
Ardı →

Həyat: ölümün bu üzündə, o üzündə

Bir hədisi şəriflərində Rəsulullah bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir.
Çox poetik və elə poetik olduğu qədər də düşündürücü tablodur, elə deyilmi? Hələ bu harasıdır? Başqa bir yerdə də dünya həyatı yuxuya bənzədilir. İnsan öldükcə yuxudan ayılırmış.
Şair də “uzun, incə bir yoldayıq“ deyir. Uzun, incə yolun bir hissəsi də bu dünyaya düşür. Yəni bu dünya o uzun, incə yolun çox qısa bir hissəsidir.
Davamı →

Ölüm və sonrası

Dünya səyahəti ölümlə birlikdə bitər və bəşər övladı onu əbədi axirət yurdlarına aparan yeni bir səfərə çıxar. Məhz bu səfərdə insanlar istər mömün, istərsə də kafir olsun bir çox hadisələrlə qarşılaşarlar. Ayə və hədislər vasitəsilə əldə edə biləcəyimiz bu hadisələr haqqında məlumat  sahibi olmaq, axirət həyatımız üçün necə hazırlanacağımıza kömək edər.
Ölüm vaxtı
Ölüm vaxtı, ölən şəxsin sonrakı həyatı haqqında məlumat verir. Çünki Allaha inananla  inanmayanın ölüm anındakı halı birbirindən çox fərqlidir. Mömünlər ödükləri vaxt yanlarına mələklər gələr və onlara belə müjdə verərlər: «Qorxmayın, fikir eləməyin, sizə vəd edilən cənnətlə sevinin». Allahın ondan razı olacağını və onu bağışlayacağını eşidən mömin son dərəcə sevinər. Bir an əvvəl Allaha qovuşmağı, Allah da ona qovuşmağı istər.
Davamı →

Ölüm nədir?

Tanatologiya və ya ölüm fəlsəfəsi.


Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün «Fedon» dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, "əsl filosoflar" özünü bütün örü boyu ölümə hazırlayır. Bununla belə onlar yorulmadan bu yeganə məqsədə cəhd edərkən ölüm onları yaxalayanda ondan qorxarlarsa, onda bu cəhd mənasız olur.


Ardı →