Çin virusu Koronavirus nədir və nə dərəcədə narahat olmalı?

Son zamanlaradək elm üçün naməlum qalan virus Çində kəskin ağciyər xəstəliklərinə səbəb olur. Onu artıq digər ölkələrdə də aşkar ediblər.
İlk olaraq dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus ən azı 17 nəfərin həyatına son qoyub. Yüzlərlə xəstəlik halı təsdiqlənib və onların sayının artacağı gözlənilir.
Yeni aşkar olunan virus sətəlcəm xəstəliyinə səbəb olur. Bu daima narahatlıq doğuran haldır və səhiyyə işçiləri hazırlıq tədbirlərinə başlayıblar.
Bəs görəsən yeni virusun yayılması müvəqqəti alovlanmadır, yoxsa bu, daha ciddi təhlükənin ilk təzahürüdür?

Davamı →