Volf Messinq fenomeni

Ötən əsrin 40-cı illərində Odessanın Puşkin küçəsindəki filarmoniyanın böyük salonunda Odessa yəhudilərinə yaxşı tanış olan bir maqın konsertinə şəhərin az qala, yarısı tökülüşüb gəlmişdi. Konsertin ortasında pərdə bağlandı və mülki paltar geymiş şəxslər çıxışçını özləri ilə aeroport rayonuna apardılar. Həmin çıxışçı Polşa vətəndaşı, dəqiq desək, işğal olunmuş Polşadan qaçqın düşmüş Volf Messinq idi. Onu təyyarə ilə Moskvaya, aeroportdan da birbaşa şəhərkənarı malikanəyə apardılar. Bir qədər sonra onun saxlandığı otağın qapısı açıldı və Stalin otağa daxil oldu.
— Sən kimsən və buraya nə üçün gəlmisən?
— Mən Polşa yəhudisiyəm, faşistlərin əlindən qaçıb sizə pənah gətirmişəm.
Stalin üz-gözünü turşutdu. Onun öz müttəfiqi Hitler haqqında pis danışan adamlardan xoşu gəlmirdi. Özü də yəhudiləri bir o qədər də xoşlamırdı.
Davamı →

Volf Messinq

Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Davamı →

Mişel Nostradamus

Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqonozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir? Nostradamus XVI əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır… Müdafiəçilərindən biri olan Charles Wardın sözlərilə «gələcəkdə baş verəcək anormal hadisələrdən» xəbər verən bir insan...
Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qrupa ayırmaq olar. Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir şəkildə gələcək haqqında xəbərləri bildirib.

Ardı →

Görücü Vanqa və onun dedikləri

XX əsrin tanınmış görücülərindən biri də bolqar bilicisi Vanqadır. Vanqa yunan sözü olub, «xoş xəbərlər carçısı» mənasını verir. Vanqa 12 yaşında olanda bibisi qızları ilə kəndin kənarındakı Xan bulağından su gətirməyə gediblər. Gözlənilmədən tufan (fırtına) qopur. Ağacları kökündən qoparır. Dəhşətli burulğan Vanqanı götürüb xeyli (bəzi mənbələrdə 2 km) uzağa atır. Onu ağac budaqlarının, toz-torpağın, ot-ələfin içindən zorla tapıb çıxarırlar. Vanqa gözlərini aça bilmir. Həkimlər ona çarə tapa bilmirlər. Hətta cərrahiyyə əməliyyatı da edirlər. O vaxtdan Vanqa kor olur.
Ardı →