Adı tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olmuşlar. Lakin bu möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli görücüsü birmənalı şəkildə Mişel Nostradamus olmuşdur. Neçə əsrlərdir tədqiqatçılar onu «görücülər görücüsü» adına layiq görürlər. Maraqlıdır ki, uzaq gələcəkdə baş verəcək bir çox səadətli və faciəli hadisələri gördüyü kimi, gələcəkdə onu «peyğəmbər» adlandıracaqlarını da görmüş və buna öz etiraz səsini ucaltmışdı.
Əsrlərlə adı əfsanəyə çevrilən, dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan Mişel Nostradamus intibah dövründə, 1503 — cü ildə Fransada Katolik dinini qəbul etmiş yəhudi ailəsində anadan olmuş, dünyasını dəyişdiyi 1566 — cı ilə qədər qeyri adi sevincli və məşəqqətli həyat yolu keçmişdir. Maraqlıdır ki, Nostradamus həm zəmanəsində, həm də çox-çox sonralar labüd olaraq dünyada baş verə biləcək əlamətdar hadisələri qabaqcadan görmüş və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət qoymuşdur.O, digər görücülərdən fərqli olaraq, nəinki baş verəcək əlamətdar hadisələri, onların vaxtını, hətta özündən əsrlərlə sonar dünyaya gələcək bəzi tarixi simaların adlarını və onların hakimiyyət müddətlərini də tam dəqiqliklə göstərmişdir. Nostradamus 450 il öncə nəzmə çəkdiyi katrenlərdə (dördlük — dörd sətirdən ibarət şeir parçası) Napoleonun düz 14 il hakimiyyətdə olacağını, Pasterin edəcəyi böyük kəşfi bəyan edir. Göstərir ki, əsrlərlə insanlardan gizlənən üzə çıxarılacaqdır. Hamı Pasterə yarımallah kimi təzim edəcəkdir.
Ardı →