Öpüşmək | Orhan Pamuk

Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən soruşdum: “Görən kameralar hardadı?” Sonra öpüşən bir cütlüyə baxmağın düzgün olmadığını düşünərək başımı başqa tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi hamı kimi məni də bəzən azca kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də Venesiyaya bu səfər xoşbəxt olmağa gəldiyim üçündür.
Davamı →

Öpüşmək

Bir neçə gün bundan əvvəl demokratiyanın beşiyi sayılan Avropa Şurasının Strasburqdakı mərkəzi binalarında öpüşmək, əl sıxmaq və qucaqlaşmaq qadağan olundu. Məlum oldu ki, bu qərar Avropanı bürüyən donuz qripi virusuyla bağlı həkimlərin tövsiyələrindən sonra verilib. Az keçmədən bir neçə Avropa ölkəsində də sözügedən yasaq qüvvəyə mindi, hamı “sopsoyuq” günlərə keçdi. Artıq dünya insanı bir-birini görəndə başı, gözü, mimikası ilə uzaqdan-uzağa salamlaşmağa məcburdur.

 Lap qədim əcdadları kimi. Maraqlıdır, bu, yasaq insani münasibətlər üçün daha çox itkidir, yoxsa qazanc? Dünyada ilk dəfə salamlaşıb öpüşmə ritualı hansı ölkədə yaranıb? Sonra bunun forması necə dəyişib və sair və ilaxır.
Mövzu maraqlı və nə qədər qəribə səslənsə də aktual olduğu üçün tarixi və müasir mənbələrdə kiçicik bir ekskursiyaya çıxdıq. Və olduqca maraqlı nəticələrlə qarşılaşdıq.

Vaxtilə qadınlar mal-heyvana yaxşı baxsın deyə çobanı öpərmiş
Müasir insan görüşərkən öpüşüb salamlaşmağı olduqca adi, təbii bir ritual olaraq qəbul edir. Halbuki bu ənənə Afrika, Asiya, Amerika və Avstraliyadakı bəzi xalqların milli adət-ənənələrində olmayıb.  Bir çox xalqlarda öpüş funksiyasını “burunla öpüşmə” əvəz edir ki, bu zaman da insanlar burunlarını toxundurmaqla bir-birilərini iyləyirlər. Folklorda öpüşmə qara qüvvələrin qovulması və cadu-pitinin pozulması niyyəti daşııyır. Və ya harasısa ağrıyan uşağı öpməklə ağrını götürməyin, onu sakitləşdirməyin mümkünlüyü sübut edilib. Qədim inanclara görə  öpüşərkən insanlar bir-birinə müsbət enerji ötürürlər. Hətta keçmişdə qadınlar mal-heyvanı daha yaxşı otarsınlar deyə, örüşə çıxmazdan əvvəl çobanı öpərmişlər. Həmin gün çoban o qədər müsbət emosiya ilə dolu olurmuş ki, axşam kəndə qayıdanda bütün heyvanları yiyələrinə sağ-salamat çatdırırmış. Necə deyərlər, çoban razı, mal-qoyun razı…  


Ardı →

Öpüşmə sənəti | The art of kissing

Niyə öpüşürük?
İnsanlar niyə öpüşürlər? Bu haqda heç düşünmüsünüzmü? Çətin ki. Çünki öpüşməyin ən gözəl tərəflərində biri də məhz budur ki, öpüşərkən ağlına bu sual gəlmir. 
Buna cavab tapmaq o qədər də asan deyil. Hamımız yaxınlarımızla görüşəndə yanaqdan öpüşürük. Biri də var sevgililər arasında, dodaq-dodağa ehtiraslı bir öpüş. 
İnsanların niyə öpüşdükləri elmə bəlli deyil. Bu haqda çoxlu nəzəriyyələr, fikirlər mövcuddur.
Bəziləri öpüşməyi ilk canlı varlıqların – primatların yeməyi ağızlarında çeynəyib bir-birlərinə ötürməsiylə bağlayırlar. Sonra təkamülə uğramış insanda duyğular daha da inkişaf edib – öpüş sevginin əlamətinə çevrilib.

Ardı →

Öpüşmək allergiyası

2005-ci ildə Kanadada öz sevgilisi ilə öpüşdükdən sonra yeniyetmə hipoksiya nəticəsində həyatını itirdi. Sonra aşkar olundu ki,bu yeniyetmə yerfındığına qarşı allergiyası var idi. Onun sevgilisi yeniyetmə ilə görüşməzdən əvvəl öz qidasında yerfındığı yağından istifadə etmişdi.Ölümündən sonra yeniyetmənin xarici müayinəsi nəticəsində onun öpüş nahiyəsində səpgilərin olduğu müşahidə olunmuşdu.Allergenlərin inhalyasiya,qida,dəri əlaqələri,birbaşa qan nəqli ilə ötürüldüyü məlumdur.Amma onların öpüşməklə ötürülməsi biraz təəccüblü görünür. Çoxlu müşahidə-tədqiqat işlərinin nəticəsində alimlər qida və dərman allergiyası olan şəxslərin əksəriyyətinin ikiqat təhlükədə olması qərarına gəliblər.


Ardı →

Boyundan öpmək

Qadınların 99%-i boyunlarından öpülməkdən inanılmaz həzz alırlar. Sevimli bəylər, qadınınızı fəth etmək istəyirsinizsə, onu başdan çıxardıb, cəzb etmək istəyirsinizsə boyundan öpün.
“The Art of Kissing” (Öpüşmə Sənəti) adlı kitabın yazıçısı William Crane, bütün dünyada 100,000 insandan çox insanı dəyişik öpüşmə texnikaları və seçimləri haqqında sorğuladı. Əksər qadın öpüşmə əsnasında, partniyorundan boyunlarını öpməsini istədiklərini ifadə edərkən, kişilərin yalnız 10%-i boyun öpməyi düşünür.

«Bir çox kişi qadınların boyundan öpülməsindən xoşlandığına inanmır, çünki onlar üçün bu heç bir hiss ifadə etdirmir». Eyni zamanda Crane, daha çox önsevişmə istənilirsə, qulaqların da hədəf alınmasını tövsiyə edir.



Ardı →

Öpüşlər

öpüş, kiss (öpüşmək şəkili)Öpüşün emosional diapazonu çox genişdir- adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər. 
Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanına zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.
Bədənin öpülə biləcək 8 əsas «nöqtəsi göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bııd, qarın, yançaqlar, döş. Kişilər yalnız öpülməyə icazə verilən və qadağaqoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) „işə başlaya bilər''.

Öpüş- ilkin sevgi oyununda ən güclü qızışdırıcı, ehtiras oyadan vasitədir.Belə ki, kişi və qadın öpüş sayəsində “üst qatda» birləşmiş olurlar. Bu "üst ittifaq" bəzi adam­lara «alt ittifaq» (fallosun uşaqlıq yoluna daxil edilməsi) qədər güclü təsir göstərir və onlara cinsi əlaqəni xatırladır.
Davamı →