Övrə

Övrə (Urticaria - Latınca urtica, «gicitkən» urere, «yandırmaq») çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən daha uzun müddət davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir mənzərə ortaya çıxır.

Kəskin övrənin 50%, xronik övrənin 90% hallarda səbəbi bilinməməktədir. Övrənin ortaya çıxmasına səbəb olan faktorlara infeksiyalar (viral, bakteriyal, parazit), dərmanlar (antibiotiklər, ağrıkəsicilər), bəzi qidalar (dəniz məhsulları, süd məhsulları, yumurta, çiyələk və s.) və digərləri daxildir.

Diaqnoz klinik müayinə əsasında qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir. Xronik övrədə altda yatan səbəbi aydınlaşdırmaq üçün qaraciyərin, böyrəyin, tiroidin funksional testləri, nəcisin parazitoloji müayinəsi, hepatitlər və digər testlər baxılır.

Müalicəsində antihistamin qrupu dərmanlara əsas yer verilir. Xəstəliyin şiddətinə görə uyğun dərman seçilir və dozası müəyyənləşdirilir. Bəzən bir neçə gün sistemik steroidə ehtiyac olur. Müalicəyə tabe olmayan xəstələrdə siklosporin, omalizumab kimi daha qüvvətli dərmanlar, əlavə təsirləri nəzərə alınaraq istifadə oluna bilər.

Mənbə: Derm.az

Davamı →

Allergiya və autoallergiya

Allergiya (yun. «allos» — başqa, özgə; «erqon» — iş, fəaliyyət, təsir) — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.

Ardı →