Öyrətməyin effektiv üsulları

Öyrətməyin öyrənməkdən daha çətin olduğunu düşünürəm, çünki öyrənən isə öyrədənin qabiliyyətinə görə qavrayır. Ona görə də düşündüm ki, bir az bu mövzu haqqında maraqlanım. Hər insanın fərqli anlama yolu var. Öyrədən çox diqqətli olmalıdır. Hər kəsə individual davranmaq çox önəmlidir. Öyrətməyin müxtəlif metodları vardır. Sizə öyrətməyin 5 yeni metodu haqqında danışacam. Ümid edirəm, işinizə yarayacaq.

Davamı →

Feynman metodu

Fizika üzrə Nobel mükafatı laureatı Richard Feynman istənilən mövzunu tez bir zamanda və daha dərindən mənimsəməyə imkan verən öyrənmə alqoritmini tərtib edib. 

Məşhur fizik “nəyisə bilmək” və “nəyinsə adını bilmək” arasındakı fərqi dərk edib və onun uğurunun əsas səbəblərindən biri məhz budur.

Feynman öyrənmək istədiklərini digərlərindən daha yaxşı anlamağa imkan verən öyrənmə düsturunu aşkar edib. Bu düstur “Feynman metodu” adını alıb və istənilən fənni daha sürətlə və yaxşı öyrənməyə kömək edir. Öyrənmək istədiyinizin mövzu, fənn və yaxud hər hansı bir anlayış olmasının heç bir əhəmiyyəti yoxdur. Bu düstur hər biri üçün keçərlidir. Və ən əsası odur ki, bu düsturu həyata keçirmək çox asandır. Həddindən artıq asan. Bu əla öyrənmə metodu olmaqla yanaşı, tamamilə fərqli düşüncə tərzinə açılan pəncərədir. Feynman metodunda üç addım var.
Davamı →

Daima araşdıran kimyaçı

Fransız Kimyaçı Lavuazye 51 yaşındaykən, məhkəmə onun gilyotinlə öldürülməsinə qərar verir. Boynunun vurulmasını gözləyərkən belə kitab oxuyan kimyaçı cəllad onu apardıqda harda qaldığını unutmamaq üçün kitabın arasına əlfəcin qoyur.

Lavuazye, ölümə gedərkən Riyaziyyatçı dostu Laqranjı yanına çağırır və deyir:
“Başım səbətə düşdükdə gözlərimə bax. Əgər iki dəfə göz qırpsam, insanın başı kəsildiktən sonra bir müddət daha beyni düşünməyə davam edir deməkdir."

Və beləliklə, başı kəsilib səbətə düşdükdə gülərək iki dəfə göz qırpır.
Riyaziyyatçı Laqranj deyir:
— Lavuazyenin son saniyəsinədək isbat arayışı, elmin yüz illər boyu davam edəcək məşəlidir.
Davamı →