İnsanları idarə etməyin yolları

1. Əgər birinin sizin istəklərinizə görə davranmasını istəyirsinizsə, ona əmir verdiyinizi hiss etdirməyin. Məsələn, bir insanı ya da dost qrupunuzu sizin istədiyiniz məkana aparmaq istəyirsiniz. Onlara «buraya gedək» demək yerinə, söz arasında çox bildirmədən gedəcəyiniz yerin yaxşı tərəflərindən danışın. Bir neçə dəqiqə sonra qarşınızdakılara sizin getmək istədiyiniz yer ilə başqa bir yer arasında seçim təqdim edin. Bu formada soruşduğunuzda qarşınızdakılar idarəetmənin özlərində olduğunu düşünəcəklər və sizin daha əvvəl söz arasında etdiyiniz müsbət təlqinlərə görə şüuraltı səviyyədə sizin seçdiyiniz məkana getmək istəyəcəklər.

2. Yaxınınızda olan birinin sizə baxıb baxmadığı ilə maraqlanırsınız, o zaman əsnəyin. Əgər biri sizi müşahidə edirsə, o insan da istəksiz olaraq əsnəməyə başlayacaqdır.


Davamı →

Qarşılıqlı münasibət qurmağın sirləri

  1. Güzgü qanunu: 
    Başqalarını mühakimə etməmişdən öncə özünüzə nəzər yetirin.
  2. Ağrı qanunu: 
    İncimiş insan başqalarını incitməyə çalışır. 
  3. Yuxarı yol qanunu: 
    Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq. 
  4. Bumeranq qanunu: 
    Başqalarına kömək göstərdiyimiz zaman biz elə özümüzə kömək etmiş sayılırıq. 
  5. Dəyişdirmə qanunu: 
    Özgələrini yerlərinə otuzdurmamışdan öncə biz özümüzü onların yerinə qoymalıyıq. 
  6. Təhsil qanunu: 

Davamı →

İdeal münasibət üçün 10 qanun

1. Güzgü qanunu: 
Başqalarını mühakimə etməmişdən öncə özünüzə diqqət edin. 
2. Ağrı qanunu: 
İncimiş insan başqalarını incitməyə çalışır. 
3. Yuxarı yol qanunu: 
Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq. 

Davamı →

Münasibəti necə qururuq?

Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur. İnsanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu prosesdə də formalaşır.
Psixoloqlar qarşılıqlı münasibətləri formal və qeyri-formal olmaqla 2 yerə bölürlər.
Formal ünsiyyət müəyyən rəsmi qaydalarla məhdudlaşır. «Müəllim-müəllim», «direktor-müəllim», «baş həkim-tibb bacısı», "şöbə müdiri-elmi işçi" və s. arasındakı münasibətlər formal xarakter daşıyır. Qeyri-formal münasibətlər rəsmi qaydalarla məhdudlaşmır. Bu cür münasibətlər dostlar, yoldaşlar, qohumlar, valideynlər və b. arasındakı münasibətlərdir. Lakin bununla belə, istənilən müəssisədə formal münasibətlər qeyri-formal münasibətlərə də keçə bilər. Çox vaxt bu cür münasibətlər simpatiya üzərində qurulur.
Davamı →

Nitqin əsas keyfiyyətləri

NİTQİN  DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.


Davamı →

Düzgün ünsiyyətin sirrləri

Psixologiya elmi mütləq çoxluğun həqiqəti müsbət bir məfhum kimi gördüyünü söyləyir. Kimə soruşsan, dürüstlük, düzgün davranış və həqiqətin yanında olduğunu bildirəcək. Bəlkə siz, həyatınızda həqiqətdən açıq-aşkar imtina edən birini tanıyırsınız, amma 40 illik həyatımda beləsi ilə şəxsən rastlaşmamışam.

Əvvəllər çox şey fərqli idi. Bir insan bir gün və ya ay ərzində ən çox 10–15 insan ilə ünsiyyətdə olurdu. Sadə söhbət deyil əlbəttə, kiminsə nitqinə şahid olmaq və susmaq da bir ünsiyyət formasıdır. Sosial şəbəkələrin meydana çıxması ilə artıq gün ərzində onlarla insanın yazdığını oxuyur, müəyyən fikir formalaşdırırıq.

Çoxumuzun diqqət etdiyi bir fakt vardır: bəziləri aşkar şeyləri anlamaqda çətinlik çəkir, bəzən isə faktları inkar edir, ağ yalana üz tutur. Bir qisim insan hiddətlənir, digərləri tərəf müqabilini başa salmağa çalışır, müdrikləşmiş və hisslərini nəzarətdə saxlamağı bacaranlar isə əlini yelləyərək “boş verir”lər.
Davamı →

Ünsiyyət- bacarıq, yoxsa qabiliyyətdir?

İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir.

Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir. Dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən də ünsiyyət bizim cəmiyyətdə mövqemizi təyin edən ən mühüm faktordur. İnsan ifadə edilə bildiyi qədər insandır. Çünki bu keyffiyəti ilə o, gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.

Psixologiyada ünsiyyət hər zaman aktual olan bir problem olmuşdur. Bütün psixoloji məktəblər zaman-zaman problemə diqqət ayırmışlar. Bu məktəblərdən biri də keçən əsrin 70-ci illərində yaranmış NLP (Neyro Linqvistik Proqramlama)-dir. Bu istiqamətin nümayəndələri ünsiyyət prosesini geniş şəkildə izah edirdilər. Onlar ünsiyyəti sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) deyə 2 növə ayırırdılar.
Ardı →

Ünsiyyətin 50 qaydası

Hər gün müxtəlif insanlarla ünsiyyət qururuq. Sosioloqların tədqiqatları nəticəsində insanlarla uğurlu ünsiyyət qurmağın bir çox qaydaları müəyyənləşdirilib. Həmin qaydalar aşağıdakılardır:
1. Qarşınızdakını dinləməyi bacarın.
2. Səbrli olun.
3. Yumuşaq davranın.
4. Sizi dinləyənlərin başa düşə biləcəyi sözlərdən istifadə edin.
5. İnsanlara xoş söz deməkdən çəkinməyin.
6. Sinirlərinizə hakim olun.
7. Zarafat edəcəyiniz zaman yaxşı düşünün.
Davamı →

Söhbətə başlamaq üçün nə etmək lazımdır?

Düşünürəm ki, çoxlarımızın hələ də bu barədə bilmədiyi bəzi məqamlar var və ümumiyyətlə danışıq qabiliyyəti insanda çox önəmli faktordur. Aşağıdakı qaydalara əməl etmək məqsədə uyğun hesab edilir.

1. Xoş əhval-ruhiyyə, təbəssüm. Siz gülümsəyəndə, insanlar sizin mehriban və ünsiyyətli olduğunuzu fikirləşirlər.

2. İnsanla əlaqə qurmağın ən sadə üsulu ona xoş söz demək və kompliment söyləməkdir.

3. Tanışlarınızdan onların maraqları, xobbiləri, yaşadıqları yer haqqında soruşun.
Davamı →