İnsanları idarə etməyin yolları
2. Yaxınınızda olan birinin sizə baxıb baxmadığı ilə maraqlanırsınız, o zaman əsnəyin. Əgər biri sizi müşahidə edirsə, o insan da istəksiz olaraq əsnəməyə başlayacaqdır.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
2. Yaxınınızda olan birinin sizə baxıb baxmadığı ilə maraqlanırsınız, o zaman əsnəyin. Əgər biri sizi müşahidə edirsə, o insan da istəksiz olaraq əsnəməyə başlayacaqdır.
İşarələrlə
Brooklyn körpüsündə, bir bahar günü, kor bir adam dilənçilik edirmiş. Dizlərinin dibinə bir lövhə qoyub, üzərinə də “doğuşdan kor” yazıb. Hər kəs dilənçinin önündən laqeyidcəsinə keçib gedirmiş, bir adam bunu görüb. Lövhəni alıb arxasına nə isə yazıb, olduğu yerə təkrar qoyub. Nə oluduysa o zaman oldu, gəlib-keçən və bu lövhədəki yeni yazını oxuyan hər kəs, başlayıb dilənçinin önündəki papağa pul atmağa… Bir cümlə yetib o qədər insana təsir etməyə və dilənçinin papağının pulla dolub-daşmasına:
“Gözəl bir bahar günü… Amma mən baharı görə bilmirəm ...”
Kəlmələrdir qarşımızdakı insanla aramızda körpülər quran, ünsiyyət qurmamızı təmin edən və qarşımızdakı insana bizi tanıdan. Bax bu səbəbdən, kəlmələrin doğru seçilmiş olması, cümlənin içində bizi ən doğru şəkildə ifadə etməsi lazımdır.
İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək hamının şərəfli vəzifəsidir.