Ürəyi zəiflədən 3 xəstəlik

Diabetə görə gənc yaşda ürək xəstəsi olurlar
Diabet yəni şəkər xəstəliyi əslində bir damar xəstəliyidir. Damar toru baxımından zəngin olan ürək, böyrək və göz kimi orqanlar diabet xəstəliyindən daha çox əziyyət çəkir. Diabet nəticəsində damar çəpərlərinin daralması qan axınını azaldır. Böyük bir iş gücü ilə işləyən ürək əzələsi, damar yolu ilə lazımi qanı alan zaman ziyan görür və gücü azalır. Ürək çatışmazlığı baş verməsinə səbəb olan bu tablo ilə yanaşı diabet eyni zamanda yüksək təzyiqə da səbəb olur. Diabetin damar divarında qalınlaşma ilə birlikdə böyrəkləri də təsir etməsi, yüksək təzyiq baxımından xüsusi bir təsir yaradır. Təzyiq meylinin yanında xolesterin yüksəkliyinin artıq görülməsi və qan şəkər tozunun nizamlanmaması laxtalanma problemlərinə də səbəb olur. Diabet xəstələrində koronar ürək xəstəlikləri və ürək infarktları daha erkən dövrdə və daha tez-tez görünür.

Davamı →

Qırıq qəlb sindromu

Ürəyi məhv edən sınıq qəlb sindromu

Son illərdə tez-tez eşidilən qırıq ürək sindromu («Broken Heart Syndrome”), bədənin güclü stressə verdiyi cavabdır. Ürək böhranına bənzər tapıntılarla özünü göstərən bu xəstəliyi 1990-cı ildə Hiraru Sato kəşf edib və ona Takotsubo Kardiyomiyopatiyası adını verib. Bu ad, ürəyin sol hissəsinin sindromun inkişafı zamanı Yapon balıqçıları tərəfindən istifadə edilən səkkizayaqlı ilbiz ovlayan qaba bənzəməsi ilə əlaqədardır.


Davamı →

Miksoma nədir?

Ürək miksoması – qulaqcıq – və ya mədəcikdaxili böyümə ilə xarakterizə olunan birincili şişdir. Böyüklərdə ürəyin xoşxassəli şişləri arasında 50%, uşaqlarda isə 15% hallarda rast gəlinir. Miksomaların 75%-i sol, 20%-i isə sağ qulaqcıqda yerləşir; az hallarda şiş mədəcikləri və ya qapaq aparatını zədələyir. Miksoma daha çox 40-60 yaşlı şəxslərdə, xüsusən qadınlarda müşahidə olunur.


Davamı →

Uşaqlarda ürək xəstəliyinin 6 əlaməti

Anadangəlmə ürək xəstəliyi dünyaya gələn hər min uşaqdan 5-8-ində rast gəlinir. Xəstəlik bəzən valideynlərin fərqinə vara biləcəyi əlamət göstərmir. Pediatr müayinə etdiyi zaman ürək xəstəliyinin olduğundan şübhələnərsə uşaq kardioloquna yönləndirir. Mütəxəssislər uşaqlarda rast gəlinən ürək xəstəliklərinin əlamətlərini sadalayır:

— Göyərmə — Böyümə və inkişaf geriliyi
— Döş qəfəsində ağrılar
— Özündəngetmə
— Gərginlik zamanı və ya sakit vəziyyətdə təngnəfəslik
— Çox tərləmə, tez yorulma.
Davamı →

Ürəyimiz tez-tez döyünən zaman nə etməli?


Zaman keçdikcə ürəkdə problemlər əmələ gəlməyə başlayır, əsasən də ürəkdə tez-tez döyünmələr, ürək təzyiqinin artması və ürəkdə səyrimələr – bütün bunlar ürək əzələsinin zəifləməsinə və ürəyimizin torba formasını almasına səbəb olur.

Bu zaman olduqca faydalı bir bitkini sizin yadınıza salıram daima ondan istifadə edə bilərsiniz. Yemişan meyvəsinin dəmləməsi ürək təzyiqini aşağı salır, ürəyin zərbə qüvvəsini artırır, ürəyin oksigenə olan tələbatını azaldır, bunula da tez-tez ürək döyünməsini aradan qaldırır.
Davamı →

Ürəyi dayandıran 11 səhv

Ürək xəstəlikləri və infarktın artması mütəxəssisləri yeni araşdırmalar aparmağa sövq edir.
Alimlər ürək xəstəliklərinə səbəb olan 11 faktı aşkarlayıb. Bu səhvlərə son qoymaqla ölüm riskini azalda bilərsiniz. 


1. Gec yuxudan durub, yeməyi gec yemək. Ürək sağlamlığı üçün yaxşı yuxu və dadlı səhər yeməyi şərtdir. 

2. Acmadan yemək. Metabolizmanın sürətini pozur və ürəyi yorur. 

3. Yatmazdan əvvəl yemək. Yuxuda orqanizmin dincəlməsini əngəlləyir və ürəyin yükünü artırır.
Ardı →

Ürəyin işemik xəstəliyi haqda

Ürəyin işemik xəstəliyi (ÜİX) – çox təhlükəli və, əfsuslar olsun ki, insanlar arasında çox yayılmış xəstəlikdir. Ürəyin daxili qişası, qanın tərkibindən ona qidalı maddələrin və oksigenin daxil olmasına imkan vermədiyi üçün, ürək öz qan təchizatı sistemindən asılıdır.
Ürəyin qanla təchiz edilməsi aorta damarından ayrılan koronar arteriyalar vasitəsi ilə baş verir. Ürəyin işemik xəstəliyi məhz bu koronar arteriyalarda qanın miqdarının azalması nəticəsində baş verir. Bu isə koronar arteriyalarda baş verən spazm, iltihabi proses və ya onların divarında əmələ gələrək damarın daralmasına səbəb olan aterosklerotik düyünlərin səbəbindən olur.
Davamı →

Ürək-damar sisteminin xəstəlikləri

Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emo­siyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.
Davamı →