Ürəyin işemik xəstəliyi haqda

Ürəyin işemik xəstəliyi (ÜİX) – çox təhlükəli və, əfsuslar olsun ki, insanlar arasında çox yayılmış xəstəlikdir. Ürəyin daxili qişası, qanın tərkibindən ona qidalı maddələrin və oksigenin daxil olmasına imkan vermədiyi üçün, ürək öz qan təchizatı sistemindən asılıdır.
Ürəyin qanla təchiz edilməsi aorta damarından ayrılan koronar arteriyalar vasitəsi ilə baş verir. Ürəyin işemik xəstəliyi məhz bu koronar arteriyalarda qanın miqdarının azalması nəticəsində baş verir. Bu isə koronar arteriyalarda baş verən spazm, iltihabi proses və ya onların divarında əmələ gələrək damarın daralmasına səbəb olan aterosklerotik düyünlərin səbəbindən olur.
Davamı →

İşdə stressə yox!

Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.


Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.


İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.


Ardı →

Ürəyin işemik xəstəliyi

Adından da göründüyü kimi bu xəstəlik ürəkdə baş verən müxtəlif xəstəliklərdir. Bu xəstəliklərlə demək olar ki, hamımız tanışıq, özümüzdə olmasaq da yaxınlarımız, qohumlarımızda rast gəlmişik. Ürəyin işemik xəstəliyinin (ÜİX) bir neçə növü var: Stenokardiya, Miokard infarktı, Xroniki ürək çatmazlığı. Xəstəliyin əsasında ürək əzələsi olan miokarda oksigen çatmazlığı durur. Miokard sözün əsl mənasında «böyük iş» görür: bir yığılmaya damarlara 100 qramaa qədər qan ötürür. Normada bir dəqiqədə miokard 70-90 dəfə yığılır və beləliklə hesablamaq olar ki, o gün ərzində neçə ton qanı orqanizmə ötürür. Buna görə də miokarda daima və çox miqdarda oksigen lazımdır. Oksigen çatmazlığı zamanı miokardda toksiki maddələr yığılmağa başlayır və ağrı meydana çıxır.
Bundan başqa, xroniki oksigen çatmazlığı və qidalı maddələrin (ürəyə koronar və venoz damarlar vasitəsilə gələn maddələr) çatmazlığı nəticəsində miokardda dəyişikliklər meydana çıxır ki, bu da onun zəifləməsinə gətirib çıxarır. Bu zaman qan arteriyalara pis ötürülməklə yanaşı, həm də venalarda durğunluq əmələ gətirir ki, bunlar vasitəsilə də qan ürəyə çatmalıdır. Beləliklə, xroniki ürək çatmazlığı meydana çıxır. Koronar arteriyalarda qan dövranının pozulmasına səbəb ateroskleroz və damarların spazmıdır.
Stenokardiya: ÜİX-nin ən yüngül formasıdır. Xəstəliyin əsasında ürəyi qidalandıran koronar arteriyaların spazmı nəticəsində qan dövranını qısa müddətli pozulması durur. Adətən, 10-20 dəqiqədən sonra spazm keçir. Bu stenokardiya tutmaları aşağıdakı səbəblərdən meydana çıxır:

Fiziki və emosional (ağır hallarda və gecikmiş mərhələlərdə isə stenokardiya tutmaları sakit halda belə baş verir)
Spirtli içkilərin qəbulu
Arterial təzyiqin yüksək olması və ya ətrafdakı hava temperaturunun çox yüksək və ya çox aşağı olması.
Titrətmə (bədən temperaturunun çox yüksək olması)
Normadan artıq yemək
Stenokardiyanın əsas simptomu ağrıdır. Ağrı özünə məxsus xarakterlə başlayır: fiziki və ya emosional gərginlikdən sonra döş sümüyü arxasında (həkimlər bunu gərginlik stenokardiyası adlandırırlar) olur, gecikmiş mərhələlərdə isə sakit halda belə baş verə bilər (bu da müvafiq olaraq, sakitlik stenokardiyası adlanır ). Ağrı sol çiyinə, sol qola, sol kürək sümüyünə, bəzən isə çənənin sol hissəsinə yayıla bilər. Xəstələr bu ağrını sıxılma, döş sümüyünə təzyiq kimi qiymətləndirirlər, məhz buna görə də bu yaxınlara qədər, bu xəstəlik «döş qurbağa» sı adlandırılırdı, indi isə latın dilindən təxminən «sıxılmış ürək » kimi tərcümə olunur. Ağrı adətən, 5-10 dəqiqədən sonra gərginlik keçdikdən və ya nitratların qəbulundan sonra keçib gedir.

Diaqnozun
qoyulması üçün adətən, xəstəyəEKQ təyin olunur, bəzən onu fiziki yüklənmə halında çəkirlər. Diaqnoz qoyulduqdan sonra isə müalicə təyin olunur. Müasir dərman preparatları xəstəliyin ağrısız keçməsinə şərait yaradır. Lakin xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz, belə ki, bundan sonra baş verə biləcək mərhələ miokard infarktıdır. Bu xəstəliyin isə çox hallarda ölümə səbəb olması və daha çətin müalicə olunmasını bilmək kifayətdir ki, onun ciddiliyi nəzərə alınsın.
Davamı →

Kardiomiopatiyalar

Kardiomiopatiyalar- Ürək əzələsinin xəstəliyi olmaqla üş əsas növü var: dilatasion, hipertrofik, restriktiv. Bunların hər biri sizin ürək əzələnizi zədələyir və qanın bədənə qovulmasını çətinləşdirir. Kardiomiopatiyaların ürək qapaqlarının xəstəliklərindən tutmuş koronar arteriya xəstəliklərinədək bir çox səbəbləri var. Kardiomiopatiyalar müalicə oluna bilən patologiyadır. Müalicənin növü kardiomiopatiyanın növündən asılıdır. Müalicə cərrahi və dərman müalicəsi ola bilər.


Ardı →

Hipertoniya

Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu həm adi haldır, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30%-də a/t-in yüksək olması aşkar olunur.
Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilirsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiyyəsi nikbin olur. Əksinə, əgər insan, onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan daha tez-tez təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir, ürəyin, böyrəklərin patologiyasını müşayiət edən faktora çevrilir.


Ardı →

Ürək qüsurları

Ürək qüsuru dedikdə ürəyin qapaq aparatında və ya böyük damarlarda anatomik dəişikliklərinin getməsi,mədəcik və qulaqlıqarası çəpərin bitişməməsi nəzərdə tutulur


Ürək qüsuru 2 yerə bölünür:anadangəlmə və qazanılma


Anadangəlmə qüsurlar:Hələ uşaq ana bətnində olarkən əmələ gəlir.Bura qulaqcıqlararası və mədəciklərarası çəpərin deffekti,aorta və a ağ ciyər arteriyasının zədələnməsi,arterial axarın açıq qalması aiddir.


Qazanılma qüsürlar:İnsanın həyatında keçirdiyi bəzi xəstəliyin fəsadı kimi meydana çıxır.Qazanılma qüsürların əmələ gəlmə səbəbləri müxtəlifdir.Xəstəliyi ən çox əmələ gətirən səbəb revmatizmdir.Nadir hallarda isə aterosklerozdan,sifilisdən və ya birləşdirici toxumanın diffuz xəstəliyindən sonra əmələ gəlinir.Mitral və ya aortal qüsüra 3 taylı qapağın qüsuru da qoşula bilər.


Ardı →

Ürək-damar sisteminin xəstəlikləri

Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emo­siyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.
Davamı →