Daha çox alma, daha sağlam ürək

Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: 

 Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.


Ardı →

Qan və limfa sistemi

Qan, limfa, toxuma və beyin-onurğa beyni mayesi ilə birlikdə orqanizmin daxili mühitini təşkil edir. Qan damarlar daxilində cərəyan edir və bir sıra funksiyaları yerinə yetirir: nəqliyyat, tənəffüs, trofik, ekskretor, bədən hərarətinin tənzimi, müdafiə və s.
1. nəqliyyat funksiyası – qan vasitəsilə qazlar, qida maddələri, mübadilə məhsulları, hormonlar, mediatorlar, elektrolitlər, fermentlər və s. daşınır.
2. tənəffüs funksiyası – eritrositdə olan hemoqlobin hesabına oksigen ağciyərlərdən toxumalara, karbon qazı isə toxumalardan ağciyərlərə daşınır.
3. trofik funksiya – qana keçmiş qida maddələri toxumalara daşınır.
4. ekskretor funksiya – mübadilənin son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatinin, karbon qazı və s.) qan vasitəsilə böyrəklərə, tər vəzilərinə, ağciyərlərə, bağırsaqlara daşınır və oradan da orqanizmdən xaric edilir.
5. termorequlyasiya funksiya – bir çox fizioloci mexanizmlər hesabına qanın damarlardan müxtəlif nahiyələrə ötürülməsi ilə baş verir; belə ki, qanın dəri kapillyarlarına daha çox toplanması istiliyin itməsinə səbəb olur. Daxili orqanlara qan toplandıqda isə əksinə istilik az itirilir.


Ardı →

Ürək-damar sistemi

Ürək-damar sisteminin mərkəzi orqanı ürəkdir, periferik hissəsini isə damarlar təşkil edir. Qan damarları arteriya, vena və kapillyarlara bölünür. Qanı ürəkdən periferiyaya aparan damarlara arteriyalar, periferiyadan ürəyə gətirən damarlara venalar, arteriyalarla venaları birləşdirən mikroskopik damarlara isə kapillyarlar deyilir.
Qan bədəndə cərəyan edərkən venalarla ürəyə gəlir və arteriyalarla periferiyaya qayıdır. Qan orqan və toxumalara qida maddələri və oksigen daşıyır. Ürək-damar sistemi bədəndə iki dövran təşkil edir: böyük və kiçik qan dövranı.
Davamı →