Ürəkbulanması bir çox müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu xəstəliklər arasında:
- Qastrit və xora xəstəliyi zamanı ürəkbulanması xəstəni tez-tez narahat edir, qida qəbulundan sonra güclənir, qusma əmələ gələ bilər.
- Xolesistit (öd kisəsi iltihabı) zamanı ürəkbulanması qida qəbulu zamanı əmələ gəlir. Xəstə ağızda acı dad, qarının sağ tərəfində ağrı, qıcqırma hiss edir.
- Pankreatit (mədəaltı vəzi iltihabı) zamanı ürəkbulanması qida qəbulundan sonra əmələ gəlir. Digər simptomlar arasında: ağızda acı dad, köp, ishal, çəkinin azalması.
- Qara ciyər xəstəlikləri zamanı da ürəkbulanması ola bilər. Digər simptomları arasında: sağ qabırğaaltı nahiyyədə ağrılar, iştahasızlıq, qıcqırma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük, dərinin qaşınması,
- Appendisit zamanı ürəkbulanması qida qəbulu ilə bağlı olmur, ürəkbulanması qusmaya keçə bilər. Hərarətin artması müşahidə oluna bilər.
Ardı →